vaxtlı-vaxtında oxuyun! Şənbə, 22 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9852 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2354 AZN
Türk lirəsi 1 TRY = 0.2716 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
PROBLEM, ŞİKAYƏT, NARAZILIQ  
11:24 | 3 mart 2018 | Şənbə Məqaləyə 803 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yasamalda iki yataqxana hər an çökə bilər

Hər an yanmaq təhlükəsi olan binanın zirzəmisi qrunt sularıyla dolub ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Paytaxtın Yasamal rayonundakı yataqxanalar sakinlərin başına uçur. APA TV-nin xəbərinə görə, ömrünün 26 ilini bu divarlar arasında keçirən məcburi köçkünlər qışın soyuğundan, yayın qızmar istisindən çəkdikləri əziyyət azmış kimi, indi də binanın tavan və döşəmə hissəsi tamamilə sıradan çıxıb.

Zirzəmi qrunt sularının məngənəsində boğulur. Sakinlər həftədə bir dəfə ailə başına 1 manat ödəməklə zirzəminin təmizlənməsi üçün xüsusi maşınlar dəvət edir və yalnız bundan sonra yaşayış binasının birinci mərtəbəsi çirkab sulardan təmizlənir: «Su zirzəmiyə yığılıb, nəfəs ala bilmirik. Nə dərs oxuya bilirik, nə yazı yaza bilirik. Bir otaqda 4-5 nəfər yaşayırıq. Üfunət iyindən dayanmaq olur. Hər həftə zirzəmini su basır. Ətraf da, yaşadığımız bina da çirkab olur, evimizə qalxa bilmirik. Döymədiyimiz qapı qalmayıb. Binanın istismar müddəti bitib, kanalizasiya xətləri tamilə sıradan çıxıb. Çirkab və infeksiya mənbəyidir. Vəziyyət olduqca təhlükəlidir. Belə insan yaşayışı olmaz. İnanın Allaha, bərk külək əsəndə bütün elektrik naqilləri bir-birinə dolaşır. Pilləkənlərdə nəinki yerimək, durmaq belə mümkün deyil, silkələnir. Ümidimiz Prezident İlham Əliyevədir. Yaşanılası durumda deyil binalar. Hər an çökə bilər. İnanın, elə bir gecə yoxdur ki, biz rahat yata bilək».

Bakının Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən məcburi köçkünlər vəziyyətlərindən şikayətçidirlər. Məcburi köçkünlər qeyd edirlər ki, yataqxanalarda kanalizasiya sistemi də bərbad durumdadır.

Yataqxananın özündə yaşayış təhlükəsi gündən-günə artmaqdadır. Elektrik naqilləri demək olar ki, yararsız vəziyyətdədir və hər an bütün binanı bürüyə biləcək yanğın təhlükəsi mövcuddur. Evlərin pəncərələri yoxdur. Sakinlər quru karton və sellofan örtüklərlə qışın soyuğundan qorunmağa çalışdıqlarını deyirlər. Binanın mavi yanacaq xətti olmadığı üçün yemək-içmək və istilik əldə etmək üçün üçgözlü və kustar üsulla hazırlanmış qızdırıcılardan istifadə edirlər. Özü də koridorda…

Yataqxananın dar koridorlarında bişən yeməklər isə içəridə havasızlıqla bərabər, nəmişlik də yaranıb. Ancaq məcburi köçkünlər bildirdilər ki, burada yaşamaqdan başqa çarələri yoxdur. Qarmaqarışıq kommunal xətlər isə tez-tez qəzaların, yanğınların baş verməsinə səbəb olur.

Buna baxmayaraq, Yasamal bazarının yaxınlığında yerləşən və qəza vəziyyətində olan iki qaçqınlar yataqxanasının sökülməsindən heç bir əsər-əlamət yoxdur. Hər halda, məcburi köçkünlər belə deyir.

Öyrəndik ki, Yasamal rayon İcra Hakimiyyətində də sözügedən yataqxanaların bərbad vəziyyətindən xəbərdardırlar. Digər aidiyyəti qurumlar da bu barədə məlumatlandırılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə bildirilib ki, məcburi köçkünlər mərhələli şəkildə köçürülür: «Qəzalı binalarda yaşayan məcburi köçkünlər mərhələ-mərhələ yeni mənzillərə köçürülürlər. Hazırda isə proses əsasən hər an uçma təhlükəsi olan binalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi istiqamətində gedir. Gündəmdə olan məsələ əsasən budur».

Ümid edək ki, növbəti mərhələdə köçürülənlər arasında bu yataqxananın sakinləri də olacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *