vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
21:05 | 3 mart 2018 | Şənbə Məqaləyə 2717 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mənim özüm də daxil olmaqla...»

Prezident məmurların toylarda iştirakına qadağa qoyur

MÖVZU İLƏ ƏLAQƏLİ

Özbəkistan prezidenti Şövkət Mirziyayev baş nazir və müavinləri, nazirlər də daxil olmaqla dövlət məmurlarının toy və ad günü ziyafətlərində iştirakına qadağa qoyub. Virtualaz.org xəbər verir ki, prezidentin bu barədə səs yazısını «Azadlıq» radiosunun özbək xidməti əldə edib. Mirziyoyev bildirir ki, onun özü də daxil olmaqla heç bir məmur daha toylarda, ziyafətlərdə iştirak edə bilməz. Üstəlik Özbəkistanda toylarla ciddi reqlament tətbiq olunacaq.

Özbəkistan prezidenti bunu ölkədə korrupsiyanın səviyyəsini azaltmaq istəyilə əlaqələndirir. 16 dəqiqəlik səsin, prezidentin fevralın 27-də keçirdiyi videoselektor müşavirəsində yazıldığı bildirilir.

Mirziyayev baş nazirin və Daşkəndin icra hakiminin də iştirak etdiyi müşavirədə bildirir ki, o, məmurların düzgün işləmələri üçün hər cür şərait yaradıb və artıq onlardan xalqa ədalətlə xidmət etmələrini tələb etməyin vaxtı çatıb: «Səhər qərar elan olunacaq. Nazirlərə, icra hakimlərinə və icra orqanlarının nümayəndələrinə toylarda iştirak etmək qadağan ediləcək. Əgər hansısa çayxananın qarşısında dövlət nömrəli maşın görsəm, həmin məmuru dərhal cəzalandıracam».

Prezident deyir ki, «korrupsiyanın kökünü kəsmək üçün» dəbdəbəli toy məclislərinin keçirilməsinə və məmurların toylarda iştirakına qadağa oymağa məcburdur. Onun sözlərinə görə, korrupsiya cəmiyyətin bütün təbəqələrinə sirayət edib və məmurlar arasında geniş yayılıb.

«Mənim özüm də daxil olmaqla, heç bir məmur ad günləri və toylarda iştirak etməyəcək. Yetər, o dövrlər artıq keçib. Bütün bunlar camaatı qıcıqlandırır, hiddət doğurur. Belə mərasimlər və toylar yüksək vəzifəli məmurların iştirakı olmadan keçiriləcək. Baş nazir bütün müavinləri ilə birlikdə toya gedir, bu başdan o başa düzülürlər... Sən o toyda 20 kiloqram ət bişirməkdənsə, kasıba əl tut ki, evini rəngləsin, ona televizor al», - Özbəkistan prezidenti deyib.

Prezident bildirir ki, bundan sonra toyların «ciddi reqlamenti olacaq». Toy sahiblərinə toya maksimum 120 qonaq çağırmağa icazə veriləcək.

«Hünəriniz var, etiraz edin, cəzalandıraram», - deyə prezident zaldakı məmurlara xəbərdarlıq edir.

Prezident deyib ki, toylar bundan sonra gündüz vaxtı keçiriləcək. Günorta 2-də, 3-də bitəcək. Toyda yalnız gənclər iştirak edəcək, yaşlılar nişanda iştirak edəcək. Bəzi bölgələrdə, məsələn Əndicanda toyla yanaşı «səhər plovu» deyilən adət də var. Ora da yüzlərlə adam çağırılır. Prezident deyir ki, həmin adət ləğv olunacaq. Mirziyayev axşam toy mərasimi keçirən şadlıq evlərini bağlamaqla hədələyib.

Daşkənddə keçirilən toylara toxunan prezident deyib ki, dörd qızı olan daşkəndli onlara toy eləmək üçün gərək özünü assın: «İmkanı yoxdur, amma borca girir, öz sağlamlığına fikir vermir, yalnız qızlarının toyu üçün pul yığır. Gərək hamının qarnını doyursun, qızına mebel alsın. Biz bu məsələni təşviqat yolu ilə həll etmək istəyirdik, amma alınmadı. Bizə belə toylar lazımdı?»

Prezident hesab edir ki, dəbdəbəli mərasimlər yığışdırılsa, korrupsiya da azalar.

«Əgər toyların keçirilməsi qaydalarını sərtləşdirsək, korrupsiya-filan da olmaz. Hamı razı qalar, ədalət bərqərar olar. Hamı eyni cür toy edər. Əgər rəhbər işçilərdən kimsə - istər prokuror olsun, istər vergi işçisi, istərsə də gömrükçü - bu qaydanı pozsa, həmin gün həbs etdirəcəm. Baş nazirin müavini belə dəbdəbəli toyda iştirak etmək üçün pulu haradan alır? Bir az araşdırsan, məlum olacaq ki, oğurluq puldu», - Mirziyayev bildirib.

Prezident deyir ki, vətəndaşlar övladlarını evləndirmək, qızına cehiz pulu düzəltmək üçün 20 min dollar pul yığmaq naminə Rusiyaya işləməyə gedir.

Prezident toylar haqda qərarın «sabah elan olunacağını» desə də, hələ ki, onu heç bir dövlət qəzetində oxumaq mümkün olmayıb.

Xatırladaq ki, bundan əvvəl Tacikistanda toylarla bağlı ciddi məhdudiyyətlər tətbiq olunub. Qanuna görə toya 150-dən artıq adam çağırmaq qadağandır, habelə toyda normadan artıq yemək verənlər cərimələnir, yeməklər müsadirə olunur.