vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
TOP OYUNLARI  
11:46 | 4 mart 2018 | Bazar Məqaləyə 2279 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yalnız qələbə haqda düşünürdük»

Samir Abasov: «İstədiyimizi edə bildik»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Sumqayıt»ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində «Qarabağ»a qarşı keçirdikləri oyunu şərh edib. Sumqayıt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

- Oyundan əvvəl necə oynayacağımızı bilmirdik. Həftə ərzində yalnız qələbə haqda düşünürdük. Bu gün planlaşdırmadığımız oyunu oynamadıq. Buna da rəqib imkan vermirdi. Düşünürəm ki, layiqli xal qazandıq. Ola bilər, düşünə bilərsiniz ki, qorxaq futbol oynadıq. Onu deyə bilərəm ki, istədiyimizi edə bildik. Əsas odu ki, uşaqlar özlərini itirmədilər, sonadək mübarizə apardılar.

 

- Kamran Quliyevlə Ceyhun Sultanovsuz «Sumqayıt»da vəziyyət necədir?

- Əvvəl bilirdik ki, prezident otağındadır. Çalışırıq ki, onların yoxluğunu hiss etdirməyək. Sadəcə, əvvəl futbolçulara deyirdik ki, «Sumqayıt»a gəl, milliyə düşəcəksən, indi də prezidentlərə deyirik (gülür).

 

- Xəyal Nəcəfovu gec əvəz etdiyinizi düşünmürsünüz?

- Tərəddüd içərisində qalmışdı. Çünki belə oyunlarda əvəzetmə etmək çətindir. İki fikir içərisində qalmışdım ki, meydana daxil olan nə edəcək. Ola bilər ki, gec əvəzetmə etdim.

 

- Düşünmək olarmı ki, «Sumqayıt»ın ev oyunlarında əsas gücü tribunalar olmayan yerdə dayanan azarkeşlərdi?

- Bu gün «Qarabağ» amili də var idi. Komandamız son oyunlardakı nəticələri də azarkeşləri meydana cəlb edir.

 

- Bəhlul Mustafazadənin oynaması gözlənilməz idi. Niyə məhz Bəhlul?

- Railin heç bir zədəsi yox idi. Sadəcə, gedişlərimiz bunu tələb edirdi. Daninin, Geryenin qarşısını kəsmək üçün uzunboylu futbolçudan istifadə etməli idik. Buna görə də Bəhluldan istifadə etdim.

 

- Oyunun sonuna yaxın azarkeşlərlə probleminiz olmuşdu. Nə baş verirdi?

- Səhv etmirəmsə, azarkeş Rəşada nəsə demişdi. Mən özüm də razı olmaram ki, kimsə Sadıqova nəsə desin. Ona görə də azarkeşin üzünə baxdım.