vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
12:28 | 4 mart 2018 | Bazar Məqaləyə 2394 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bu dəfə sous qeybə çəkilib

«KFC» restoranlarında növbəti böhran

Dünyanın ən böyük «fast-food» şirkətlərindən «Kentucky Fried Chicken» (KFC) ötən günlərdə İngiltərə restoranlarında tükənən toyuq xəbərlərilə gündəm olmuşdu.

Belə ki, ötən həftənin bazar ertəsidən cüməyə qədər Birləşmiş Krallıqda bir çox «KFC» restoranı bağlanmışdı.

«Reuters»ın xəbərə görə, İngiltərədəki «KFC» restoranlarında hazırda «gravy sous» böhranı yaşanır. «KFC»-nin klasik toyuq sousu hazırda restoranlarda yoxdur.

«KFC» keçən həftə baş verən toyuq çatışmazlığını təchizat şirkətini dəyişməsilə açıqlamışdı.

«Kentucky Fried Chicken» daha sonra verdiyi qəzet elanlarında müştərilərindən üzr istəmişdi.