vaxtlı-vaxtında oxuyun! Cümə, 25 may 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0001 AZN
Rusiya rublu 1 RUB = 0.0277 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2810 AZN
Türk lirəsi 1 TRY = 0.3570 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
15:17 | 4 mart 2018 | Bazar Məqaləyə 346 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Suriyada müharibə niyə qurtarmır?

Türkiyə Mənbicə girərsə iki NATO ölkəsi qarşı-qarşıya gələ bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Economist» yazır ki, bir məqamda hamı 400 min insanın ölümünə səbəb olmuş və bəşər tarixində ən böyük qaçqın problemi yaratmış 7 illik Suriya müharibəsinin nəhayət başa çatdığını düşünürdü.

2017-ci ilin sonlarına yaxın artıq özünü İslam Dövləti adlandıran ekstremist təşkilat tamamilə dağılmışdı. Bundan başqa bir-birini öldürməklə məşğul olan Əsəd qüvvələri və qiyamçılar da qətlləri dayandırmışdılar.

Hətta Əsədi müdafiə etmək üçün münaqişəyə müdaxilə etmiş Rusiya da bildirirdi ki, onun hərbi missiyası «əsasən başa çatıb». Prezident Putin Rusiya qoşunlarının əksər hissəsini vətənə qaytarmaqdan danışırdı. Amma elə həmin andan da sakitlik pozulub.

Türkiyə, kürd qüvvələri ilə döyüşmək üçün sərhəd bölgələrinə qoşun göndərib. Amerikalılar rusları öldürüblər. İsrail və İran arasındakı gərginlik yenidən tarıma çəkilib. Yaxşı, bəs Suriya müharibəsi niyə yenidən qızışır?

Cavab qismən belədir ki, İŞİD iflasa uğrayıb və onun nəzarətindəki torpaqlar boşalıb. Ötən oktyabrda İŞİD-in - bu əldəqayırma xilafətin paytaxtı Raqqa Suriya Demokratik Qüvvələrinin (SDQ) əlinə keçib. Əsasən kürdlərdən ibarət SDQ-dən amerikalılar İŞİD-lə mübarizə aparmaq üçün istifadə edirdilər. İŞİD-in əlindən çıxmış əraziləri yenidən nəzarətə götürmək istəyən Əsəd qiyamçılarla atəşkəs elan edib.

Ötən dekabradək Bəşər Əsəd qüvvələri Fərat çayının qərbindəki, SDQ isə şərqindəki ərazilərə nəzarəti ələ alıblar. Amma elə bu anda hökumət qoşunları yenidən qiyamçılar üzərinə hücuma keçib. Fevral ayında Dəməşqin Quta ərazisi hökumət aviasiyası tərəfindən intensiv bombardman edilib.

İŞİD-in iflası böyük güclər arasındakı fikir ixtilaflarını artırıb. Onların hamısı Suriyanın gələcəyi məsələsində söz sahibi olmaq istəyir.

Ötən yanvar ayında ABŞ dövlət katibi Reks Tillerson bəyan edib ki, Amerika qoşunları İŞİD təhlükəsi tamamilə aradan qalxana və münaqişəyə siyasi həll tapılanadək Suriyanın kürdlərin nəzarətində olan ərazilərində qalacaq. Öz növbəsində bu, NATO üzvü olan Türkiyəni qəzəbləndirib. Ankara ABŞ-ın Suriyadakı müttəfiqi olan YPG qüvvələrini terrorçu hesab edir.

Tillersonun bəyantından bir neçə gün sonra Türkiyə Suriyanın şimalında kürd YPG-nin nəzarətində olan Afrin bölgəsinə hərbi müdaxilə edib.

Rəcəb Tayyib Ərdoğan habelə Türkiyə qoşunlarının Suriyanın başqa bir şəhəri - Mənbicə hücum edəcəyi ilə hədələyib.

Belə bir vəziyyət NATO-nun iki üzvü arasında real toqquşma təhlükəsi yaradır.

Amerikanın Suriyada qalmaq niyyətindən ruslar da əsəbiləşiblər və Türkiyənin Afrinə hücumunu dəstəkləyiblər. Belə görünür ki, Amerikanın Suriyada qalmaq niyyətinin ciddiliyini sınamaq istəyən Kreml özünün Suriyadakı muzdlu döyüşçülərinə Amerikanın himayəsində olan bazaya hücum etmək əmrini verib. Bu sınaq çox sayda rus əsgərin ölümü ilə nəticələnib.

«The Economist» yazır ki, bundan da pis vəziyyət hələ qarşıda ola bilər. İran müttəfiqi «Hizbullah»ın təchizat yolunu əldə saxlamaq üçün öz yerini Suriyada möhkəmləndirməklə məşğuldur.

İranın dəstəklədiyi qüvvələr yavaş-yavaş İsrailin işğalı altında olan Qolan yüksəkliklərinə doğru sürünürlər. İsrail fevral ayında İranın bir dronunu vurub və sonra isə İranın dəstəklədiyi bazanı bombardman edib.

Suriya İsrailin bir təyyarəsini vurduqdan sonra İsrail də Suriyanın antitəyyarə batareyalarına zərbə endirib.

Heç bir tərəf açıq müharibə istəməsə də, bir çoxları toqquşmanın qaçılmaz olduğunu düşünürlər.

Fevralın 24-də BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs haqqında qətnamə qəbul edib, amma bu sənədin iflasa uğrayacağı gözlənilir.

Türkiyə, İran və Əsəd döyüşləri davam etdirəcəklərini bildiriblər.

Beləliklə, Suriyada həddən artıq uzanmış bu münaqişə sülhdən daha da uzaqlaşacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *