vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
19:09 | 4 mart 2018 | Bazar Məqaləyə 2050 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əsədin ordusu şərqi Qutada 6 kəndi ələ keçirib

Bu, son ay əldə edilən ən böyük zəfər hesab edilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriyanın dövlət mediası və insan haqları müdafiəçilərinin bildirdiyinə görə, hökumət qüvvələri ilə onun müttəfiqləri şərqi Qutada 6 kəndi ələ keçirib. Bu, son ay əldə edilən ən böyük zəfər hesab edilir. Rəqib döyüşçülər əks-hücuma keçərək, hökumətin cəbhə xəttinə doğru irəliləyib.

Suriyada İnsan Haqlarının Müşahidəsi qrupu rəqib döyşçülərin bir kəndin nəzarətini ələ keçirdiyini, döyüşlərin isə davam etdiyini bildirib.

BMT və digər yardım agentlikləri bildirib ki, bu günə planlaşdırılan humanitar yardımların çatdırılması baş tutmayıb.

Baxmayaraq ki, Suriya rəsmiləri BMT-nin konvoyuna əraziyə daxil olmaq icazəsi verib.

Bir neçə beynəlxalq agentliyin göndərdiyi yardım konvoyu 180 000 insan üçün nəzərdə tutulan qida, dərman və digər yardımları daşıyır. Konvoyun hissəsi olan BMT-nin Uşaq fondu 70 000 uşaq üçün yardım ayırıb.

Birləşmiş Millətlər Təşkilatının hesabatına əsasən 1000-ə yaxın insan təcili tibbi müayinə üçün Şərqi Quta ərazisindən təxliyə edilməlidir. UNICEF rəsmisi bildirir ki, həmin insanların arasında çox uşaqlar və bu əməliyyatın reallaşdırılması üçün hələlik icazə əldə edilməyib.

UNICEF rəsmiləri Şərqi Quta bölgəsində yaşayan 200,000 uşağa kifayət edəcək qədər yardım göndərə bilmədikləri üçün təəssüfləndiklərini bildirirlər. Bununla bərabər humanitar yardımların həyata keçirilməsinin davam edildiyi halda bölgədə yaşayan 400,000 insanın hər birinə yardım göstərmək mümkün olacaqlarını əlavə edib.