vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MEDİA-QHT  
18:17 | 13 fevral 2014 | Cümə axşamı Məqaləyə 2536 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azər Sarıyevə yeni vəzifə

MSK-nın şöbə müdiri Türkiyədə yaşayacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyevə yeni vəzifə verilməsi xəbəri təsdiqlənib.

Modern.az saytı Azər Sarıyevin özü ilə danışa bilməsə də, onun yaxınları xəbəri təsdiqləyiblər. Bildirilib ki, A.Sarıyev AzərTAc-ın Türkiyə Respublikasındakı xüsusi müxbiri təyin edilib.

Azər Sarıyev mətbuata «Avrasiya» qəzetində tərcüməçi işləməklə gəlib, sonra həmin redaksiyada siyasət müxbiri kimi çalışıb. Bu 1997-1998-ci illərdə olub. 1998-1999-cu illərdə «Ekspress» qəzetində siyasət və parlament müxbiri işləyib. Daha sonra «Palitra» qəzetində baş redaktor olub (1999-2003). «Millət», Hürriyyət», «Kaspi» qəzetləri, «Azadinform» İnformasiya Agentliyi ilə də əməkdaşlıq edib.
6 il jurnalistikada (3 il reportyor, 3 il baş redaktor) işlədikdən sonra 2003-cü il avqustun 18-də Mərkəzi Seçki Komissiyasında şöbə müdiri vəzifəsinə gətirilib. Son təyinatadək MSK-da çalışırdı.
Azər Sarıyevə yeni vəzifə verilməsi xəbərini ilk olaraq axar.az yaymışdı.