vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
13:40 | 7 mart 2018 | Çərşənbə Məqaləyə 2518 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

QRU-dan olan «nəzakətli» adam

Suriyada təyyarə qəzasında ölən general 20 yanvarda Bakıya yeridilən xüsusi təyinatlı olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün Rusiya Müdafiə Nazirliyinin Suriyadakı Hmemymim aviabazası yaxınlığında qəzaya uğramış An-26 təyyarəsinin göyərtəsində olan 39 hərbçidən biri, general-mayor Vladimir Yermeyev 1990-cı ilin yanvarında Bakıya yeridilən QRU xüsusi təyinatlı dəstələrinin tərkibində olub.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, general Yermeyev Sverdlovskdakı Suvorov hərbi məktəbinin məzunudur. 2012-ci ildə o, əlahiddə Sevastopol Qırmızı ulduzlu motoatıcı briqadasının komandiri təyin edilib.

2016-cı ildə prezident Vladimir Putin ona general-mayor hərbi rütbəsi verib. Putinin bu barədə fərmanı 2016-cı il dekabrı 12-də dərc edilib. Habelə Aleksandr Saverin «Rusiyanın hərbi xüsusi təyinatlıları. QRU-dan olan nəzakətli adamlar» kitabından məlum olur ki, Vladimir Yermeyev xüsusi təyinatlıların tərkibində Əfqanıstanda xidmət edib. 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində Gürcüstan, Azərbaycan, o cümlədən Dağlıq Qarabağ və Cənubi Osetiya bölgələrində «konstitusion qaydaların təmin edilməsində» iştirak edib.

Xatırladaq ki, 1990-cı ilin yanvarında SSRİ silahlı qüvvələrinin Baş qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlı dəstələri ordu hissələrindən əvvəl Bakıya yeridilib və bir sıra diversiyalar, o cümlədən televiziyanın enerji blokunun partladılması əməliyyatını həyata keçirib. Daha sonra QRU xüsusi təyinatlıları Dağlıq Qarabağ və Ermənistanla sərhəd bölgələrdə də asayişi təmin etmək üçün istifadə olunmuşdu.