vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
20:27 | 7 mart 2018 | Çərşənbə Məqaləyə 1902 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Belə davam edəcəm»

Qurban Qurbanov: «Ayrılmaq istəyirdim, amma ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan millisinin və «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin (İK) iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. Qurbanov İK-da qalıb-qalmamaq məsələsi haqda da danışıb:


- İcraiyyə Komitəsində qalmağınızla bağlı müzakirələr oldu? Gözlənilirdi ki, komitədən ayrılacaqsız.

- Açığı, bu, keçən iclasda müzakirə olundu. Ayrılmaq istəyirdim, amma qalmağım tövsiyə olundu. Ona görə də, belə davam edəcəm. Bu gün isə o məsələyə baxılmadı.

 

- Köməkçiniz Elçin Rəhmanovu Türkiyədə çıxış edən Ufuk Budağı izləməyə göndərmişdiz. Amma futbolçu «Samsunspor»un heyətində meydana çıxmadı. Rəhmanov orda qalıb növbəti oyunu gözləyəcək?

- Şərt o deyil ki, biz daim onun oyununa canlı baxmalıyıq. Sadəcə, həm baxmaq, həm görüşməklə bağlı səfər idi. Onsuz da televiziya vasitəsilə bütün qarşılaşmalarına baxırıq. Ona görə də, ciddi problem görmürəm.

 

- Yəqin ki, Ufukla Rəhmanov görüşüb. Futbolçu yenidən milli komandaya dönməyə razılıq verib?

- Ufuk milli komandanın üzvüdü. Bir neçə oyunda iştirak etmirsə, bu o demək deyil ki, artıq yığmamızın üzvü deyil. Getməkdə məqsəd «səni mütləq dəvət edəcəyik» demək də deyil. O özü də, biz də onun yığmanın üzvü olduğunu bilirik. Toplanışa çağırdığımız futbolçuları növbəti hazırlıqda görməyə bilərsiz. Əsas məqsəd Ufukla yaxından maraqlanmaq idi. Oynasaydı, daha yaxşı olardı, ancaq meydana çıxmaması da problem deyildi.