vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AVROPA  
18:45 | 18 mart 2018 | Bazar Məqaləyə 2262 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rusiya siyasətçilərinin Britaniyadakı mülkiyyətinin müsadirəsini tələb edirlər»

Putinə yaxın fiqurların dumanlı albiondakı mülklərinin ümumi dəyəri 1,1 milyard funt sterlinqdən çoxdur

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» yazır ki, Britaniya müxalifət siyasətçilərinin fikrincə rəsmi London Rusiya siyasətçi və oliqarxlarının bu ölkədə bahalı mülkləri necə və hansı pulla aldıqları ilə maraqlanmalıdır.

Britaniya parlamentinin leyborist və liberal-demokrat millət vəkilləri keçmiş casus Skripal və onun qızının zəhərlənməsinə cavab olaraq Moskvaya qarşı sərt tədbirlərin görülməsini tələb edirlər.

Yeni təxminlərə görə Putin rejiminə yaxın tanınmış Rusiya fiqurlarının Britaniyadakı mülklərinin ümumi dəyəri 1,1 milyard funt-sterlinqdən çoxdur.

Lakin müxalifət iddia edir ki, bu rəqəm onların Britaniyada mülkiyyətə qoyulmuş pullarının yalnız kiçik bir hissəsini əks etdirir, çünki sözü gedən mülkiyyət konkret fiziki şəxslər tərəfindən deyil, ofşor və anonim şirkətlər tərəfindən alınıb.

Britaniyada ofşor ərazilərdəki şirkətlərin əsl sahiblərinin açıqlanmasına dair qanunda mövcud olan boşluqlar mülk və mülkiyyət sahibliyinin gizlədilməsinə imkan verir.

Baş nazir Tereza Mey ofşor şirkətlərin sahibliyi üzərindən məxfiliyin qaldırılması məsələsində kifayət qədər həvəs və qətiyyət göstərmir.

Hazırda Britaniya hökumətinin ABŞ-ın Maqnitski qanununun Birləşmiş Krallıq versiyasını müzakirəyə çıxaracağı gözlənilir. Belə bir qanun qəbul edilərsə, «potenisal baxımdan korrupsiyaçı insanların» Britaniyaya buraxılmasına qadağan qoyulacaq.

Lakin müxalifət inanır ki, bu zəif tədbirdir. Liberal-demokratların lideri Vins Kable (Vince Cable) deyib «izaholunmaz sərvət haqqında qanunun» qüvvəyə mindirilməsi mühümdür. İzaholunmaz sərvət dedikdə adamların əldə etdikləri var-dövlətin mənşəyini izah edə bilməməsi nəzərədə tutulur. Bu qanun mülk sahibi mülkü hansı pullarla aldığını izah edə bilməsə, onun müsadirə olunmasını nəzərdə tutur.

Britaniya parlamentində keçirilən debatlarda Kable Rusiya baş nazirinin müavini İqor Şuvalovu misal çəkib.

Kable deyib ki, onun Britaniya Müdafiə Nazirliyinin yaxınlığında yerləşən bahalı «Whitehall» məhəlləsində iki mənzili var. Bu mənzillər 2014-cü ildə 11,4 milyon funt-sterlinqə (15,9 milyon ABŞ dollarına) alınıb. Eyni zamanda cənab Şuvalovun 2014-cü ildə özünün verdiyi rəsmi bəyannamədə illik gəlirinin 112 min funt sterlinq (156 min dollar) olduğu deyilib.

Kable deyib ki, belə şəxslərdən pulları haradan aldıqları barədə rəsmi izahat tələb olunmalıdır. Əgər onlar belə bir izahat yaza bilməsələr, mülklər əllərindən alınmalı və müsadirə olunmalıdır.

Kölgə maliyyə naziri Con Makdonnell (John McDonnell) deyib ki, «Rusiya elitasının pul kisələrini vurmaq lazımdır». O əlavə edib ki, bu oliqarxlar rus xalqını «qırxmaqla» və «oğurladıqları sərvəti bizim zəif maliyyə sistemimizdə gizlətməklə» məşğuldurlar.

Leyboristlər hökumətdən tələb edirlər ki, keçmiş baş nazir Deyvid Kameronun (David Cameron) vəd etdiyi qanun qəbul edilsin. Bu qanun Britaniyanın Vircin adalarının və başqa ofşor ərazilərinin anonim şirkətlərinin əsl sahiblərinin adlarının açıqlanmasını nəzərdə tutur.

Britaniyanın hazırkı baş naziri Theresa May bu qanunun qüvvəyə minməsini 2021-ci ilədək təxirə salınmasını təklif edir.

 

 

 

Yağlı balıq yemək niyə xeyirlidir

«The Daily Mail» qəzeti yazır ki, bolluca yağlı balıq yemək qəfil ölüm riskini 30 faiz azalda bilər.

Məqalədə deyilir ki, 2500 nəfər yaşlı adam arasında aparılmış müşahidə orqanizmində omega-3 yağı olanların növbəti 7 il ərzində ölüm riskinin 34 faiz daha az olduğunu göstərib.

Bu adamlarda infarkt və ya beynə qan sızması riski də 39 faiz azalmış olur.

Məqaladə deyilir ki, qızıl balıq və siyənək balığı kimi yağlı dəniz qidalarında olan yağlı turşular sağlamlığın rəhnidir.

Omega-3 bundan əvvəl əsasən uzunömürlü insanların orqanizmində daha çox aşkar edilib.

Alimlər inanırlar ki, bu yağ beyində, qan-damar sistemində və başqa hüceyrələrdə iltihab proseslərini azaldır.

Bətndə və uşaqlığın erkən illərində yağlar əsas rol oynayır. Yağlar o qədər mühüm hesab edilir ki, onları hətta süni ana südlərinə əlavə edirlər.

Böyüklər isə sağlamlıqlarının möhkəmləndirilməsi üçün sadəcə olaraq həftədə iki dəfə balıq xörəkləri yeməlidirlər. Bu xörəklərdən birində mütləq yağlı balıq olmalıdır.

Bir pors balıq dedikdə 140 qram nəzərdə tutulur.