“Xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”
Milli Məclisdə İlham Əliyevin andiçmə mərasimi keçirildi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İlham Əliyev dövlətçiliyin keşiyində, ...
... antimilli qruplar isə hakimiyyət eşqində
-
Mütaliə və kitablar arasında istirahət
Bakı Kitab Mərkəzində təqdimat keçirilib
-
Son 5 gün
Mətbuat Şurası prezident seçkisi ilə bağlı araşdırma aparacaq
-
«Uzun şərhə ehtiyac yoxdu»
«Siyasi baxımdan perspektivli yanaşmadır və müsbət də qarşılanır»
11 aprel tarixli prezident seçkilərinin qalibi İlham Əliyevin andiçmə mərasimi keçirilib. Vaxt.az-ın məlumatına görə, tədbir Milli Məclisdə təşkil olunub. Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediblər.
Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.
Mərasimdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edib. O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2018-ci il 17 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan edib.
Sonra Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməyə dəvət olunub.
Prezident İlham Əliyev əlini Azərbaycan Respublikasının
Konstitusiyasının üzərinə qoyaraq and içib:
“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan
Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi
bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib: “Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.
Prezident İlham Əliyev təzim edərək Azərbaycanın dövlət bayrağını öpüb.
İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.
***
09:44
11 aprel tarixli prezident seçkilərinin qalibi İlham Əliyevin andiçmə mərasimi başlayıb. Vaxt.az-ın məlumatına görə, tədbir hazırda Milli Məclisdə keçirilir.
Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak edirlər. Andiçmə bitəndən sonra Nazirlər Kabineti istefaya gedəcək.
Konstitusiya Məhkəməsi Azərbaycan Prezidenti seçkilərinin nəticələrini
təsdiqləyib, seçkilərdə ən çox səs toplamış, namizədliyi Yeni Azərbaycan
Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev Prezident elan
edilib.
Konstitusiyanın 103-cü (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin
andı) maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin
yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində
Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.
Andın mətni belədir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata
keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin
müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə
and içirəm”.
And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.