vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
09:09 | 18 aprel 2018 | Çərşənbə Məqaləyə 598 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezident and içəcək

Bu gün İlham Əliyevin andiçmə mərasimi keçiriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Qarşıdakı 7 il müddətinə Azərbaycan Respublikasının prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi bir qədər sonra başlayacaq. Vaxt.az xəbər verir ki, prezident inauqurasiyası Milli Məclisdə keçiriləcək.

Prezidentin andiçmə mərasimi saat 9:15-də Milli Məclisdə başlayacaq.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu dünən 11 aprel 2018-ci il tarixli prezident seçkilərinin nəticələrini təsdiqləyərək, İlham Heydər oğlu Əliyevin yenidən Azərbaycan Respublikasının prezidenti seçildiyi elan edilib.

Konstitusiyanın 103-cü (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı) maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verməlidir.

Xatırladaq ki, aprelin 11-də keçirilmiş Prezident seçkilərinin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 % səs toplayıb.

Seçkidə sonrakı yerlər aşağıdakı kimi bölüşdürülüb:

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,12%;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,03%; 
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,02%; 
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%; 
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%; 
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%; 
“Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%.