vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
15:31 | 14 fevral 2014 | Cümə Məqaləyə 3811 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Suriyada ölən qarabağlının hekayəti

Günay ARDA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Əvvəllər qorxurduq ki, uşağımız içkiyə qurşanar. İndi isə yaşımın ahıl vaxtında evə içki alıb gətirirəm. Hələ oğluma da deyirəm ki, içsin. İçsin, təki Suriyaya getməsin. Təki bu yaşda meyiti gəlməsin».

Bu sözləri ağsaqqal ata deyir. İnsanlıq faciəsi yaşayırıq. Ata oğlunu Suriyada ölməkdən qorumaq üçün başqa heç nə düşünə bilmir, gücü oğlunu alkoqola alışdırıb dindən uzaq tutmağa çatır. Yetər ki, oğlunun meyiti Suriyadan gəlməsin. Suriyaya getmək pis vərdişə, virusa çevrilib. Valideynlər övladlarını xəstəliklərdən, alkoqoldan, narkotikadan, qumardan qoruduğu kimi vəhabilikdən, sələfilikdən, xəvaricilikdən qorumaq istəyir. İslam da daxil olmaqla, bütün dinlər insanlar arasında hər növ ayrı-seçkiliyə sözdə qarşı çıxır. Di gəl ki, nə irqi, nə də milli ayrı-seçkiliklər din qədər insanları bir-birindən qoparmır.

Suriyada ölmək utancı

Uşaq idik. Qaçqının nə olduğunu yenicə öyrənirdik. Sumqayıtda yaşadığımız binaya 5 qaçqın ailəsi pənah gətirmişdi. 1993-cü ilin 29 avqustu idi. Həmin ad günümü heç vaxt unutmayacam. Atam ilk ad günüm idi ki, yanımda deyildi. Həm də, bizim həyətə ilk «qaçqın» ailəsi köçürdü. Qubadlı qaçqını, 10 uşaqlı Hənifə xala 1 otaqlı evə sığışmışdı. 3 il həmin ailə 1 otaqlı mənzilə sığa bildi. Bircə dəfə də olsun, bu evdən hay-küy, narazılıq eşitmədik. Sonra uşaqlar böyüdü. İşləməyə başladılar. Hənifə xalanın 6 qızının biri də ərə getmədi. Məktəbin yuxarı siniflərinə çatan kimi başlarını örtüb Sumqayıta daranmış din dərslərinə üz tutdular. Hənifə xalanın Rəhimə adlı ikinci qızı 19 yaşındaykən Ramazan bayramında intihar elədi. İntihar məktubunda «Ramazanda ölənlər cənnətə düşür» yazılmışdı... Hənifə xalanın həmyaşıdım olan bir oğlu da var idi. Adı Əvəz idi. Məktəbin 7-ci sinfinə çatan kimi o da bacı-qardaşları kimi xurma, banan, düyü paylanan din kurslarına üz tutmuşdu. Hənifə xala çoxdan ölüb. Qubadlı rayonunun Aşağı Mollu kəndində doğulan, 1993-cü ilin 29 avqustunda Sumqayıta məcburi köçkün kimi gələn Əvəzin isə ötən həftə meyiti Suriyadan gəlib. Suriyada ölən hər azərbaycanlının yerinə Xocalıda ölənlərin qarşısında utanıram. Suriyada ölən hər azərbaycanlıya görə Xocalı qurbanlarından, Qarabağ şəhidlərindən üzr istəməliyik. Torpaqlarının 20 faizdən çoxu işğalda, ana-bacısı erməni əsirliyində olan kişi ərəbin saqqalı üçün iki ölkə aşıb Suriyaya döyüşə gedir. Etiraf etsək də, etməsək də biz məğlub olmuşuq. İrəvanda, Kəlbəcərdə, Laçında, Şuşada, Ağdamda evində erməni yaşayan kişilərin qeyrəti qısaldıqca, saqqalı uzanır. Yer üzünə yer üzündəkindən gəlmiş heç bir ideologiya, düşüncə, fikir insan həyatından dəyərli ola bilməz. İnsanın canına qıymaq üçün bəhanə ola bilməz. Suriyada ölmək dərd deyil, məcburi köçkünün, qubadlılının, ağdamlının, füzulilinin bakılı kimi Suriyada ərəb üçün ölməyi isə nakişilikdir. Qarşıdan Xocalı soyqırımının ildönümü gəlir. Suriyada ölən azərbaycanlıların sayı qədər Xocalı abidəsinin qarşısına qərənfillər düzəcəm... (interpress.az)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)