vaxtlı-vaxtında oxuyun! Bazar, 20 may 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0069 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2966 AZN
Türk lirəsi 1 TRY = 0.3806 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
13:39 | 18 aprel 2018 | Çərşənbə Məqaləyə 259 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Uca Yaradan yardımçınız olsun!”

Dini konfessiyaların rəhbərləri İlham Əliyevi təbrik edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir:

“Zati-aliləri.

Sizi Prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə bütün Azərbaycan dindarları adından təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə fəaliyyətinizə, həmçinin dünya miqyasında dəyər kəsb edən səy və əməllərinizə Uca Yaradandan uğurlar diləyirik.

Zati-aliləri, Siz Azərbaycan xalqının XXI əsrdə əvəzsiz liderisiniz. Xalqımız bu seçkilərdə bir daha öz iradəsini nümayiş etdirdi ki, dövlət başçısı vəzifəsində onun mənafe və maraqlarını illərlə ən yüksək səviyyədə müdafiə edərək misilsiz uğurlara imza atmağa nail olmuş bir siyasi xadimi, müdrik qərar və təşəbbüsləri ilə dünya miqyasında ölkəmizə yüksək nüfuz qazandırmış bir şəxsiyyəti görməkdə qərarlıdır. Azərbaycan xalqı, Azərbaycan dindarları öz ümdə istəklərini seçkidə bəyan etdilər, uca mənəviyyat yolunun davamına səs verdilər.

Zati-aliləri, bu dəyər və münasibəti, ehtiram və məhəbbəti Siz öz genişmiqyaslı fəaliyyətiniz, bəşəri təfəkkür və qlobal səylərinizlə haqlı olaraq qazanmısınız. Elan etdiyiniz istər “Multikulturalizm İli”, istərsə də “İslam Həmrəyliyi İli” ümumbəşəri məramlara xidmət edən səyləriniz sırasında önəmli yer tutur. Tarix boyu Şərq ilə Qərb arasında körpü olmuş Azərbaycan dövləti dünyada gedən proseslərə Sizin adınız və ardıcıl səylərinizlə özəl, dəyərli töhfələr verməkdədir. Fəxrlə deyə bilərik ki, Azərbaycanın dünya çapında mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində bugünkü uğurları, aparıcı rolu, fəal mövqeyi Sizin siyasi iradənizdən və qlobal təşəbbüslərinizdən qaynaqlanır.

Möhtərəm cənab Prezident, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, iqtisadi qüdrətinin artması istiqamətində böyük səyləriniz qürur mənbəyimizdir. Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım, dini abidələrə - məscidlərlə yanaşı, xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayə müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu, bir həqiqətdir ki, Azərbaycan torpağında hər kəsin şahidi olduğu tərəqqinin, həyatın bütün sahələrində müşahidə edilən uğurların təməlində milliyyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bəyan etmiş, etnik və dini tolerantlığı Azərbaycanın sərvəti kimi qiymətləndirən dövlət rəhbərimizin fəaliyyəti durur.

Möhtərəm cənab Prezident, biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri bütün ölkə dindarlarının iradəsini ifadə edərək, Zati-alinizə prezident seçkilərində möhtəşəm zəfəriniz münasibətilə təbriklərimizi və dərin ehtiramımızı bildirir, Azərbaycan xalqının və dövlətçiliyinin tərəqqisi naminə gördüyünüz dəyərli işlərə Uca Yaradanımızdan rəvac diləyir, ən gözəl arzularımızı yetiririk. Uca Yaradan hər zaman yardımçınız olsun!

Qoy o bir olan Yaradan öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin!”.

Şeyxülislam Allahşükür Paşazadə, Qafqaz Müsəlmanları İdarəsinin sədri

Aleksandr, Bakı və Azərbaycan Arxiyepiskopu

Melih Yevdayev, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Vladimir Fekete, Azərbaycandakı Roma Katolik Kilsəsinin yepiskopu

Robert Mobili, Azərbaycandakı Alban-udi Xristian İcmasının sədri


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *