vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TOP OYUNLARI  
17:59 | 18 aprel 2018 | Çərşənbə Məqaləyə 1743 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

VAR ÇL-də də olacaq

Amma nə vaxt?

UEFA videotəkrar sisteminin (VAR) Çempionlar Liqasında (ÇL) tətbiqinə tələsmir. Bunu qurumun prezidenti Aleksander Çeferin açıqlayıb.

O bildirib ki, 2018/19 mövsümündə VAR-dan istifadə olunmayacaq. Çeferin yeniliyin ÇL-də tətbiqinin 2019/20 mövsümündə mümkün olmasını qeyd edib: “ÇL “Ferrari” və ya “Porşe” kimidir. Dərhal əyləşib, sürə bilməzsən. Əvvəl məşq etməli, sınaqdan keçirməlisən. Hər kəs bilməlidir ki, necə işləyir. Bu üzdən də VAR-ın turnirdə peyda olması hələ tezdir. Amma sistemin qitənin ən nüfuzlu klub turnirində istifadəsi qaçılmazdır. Buna görə də, tələsmək lazım deyil. Real baxsaq, VAR-ın ÇL-in 2019/20 mövsümündə istifadəsi mümkündür”.

Qeyd edək ki, VAR-dan bu ilin yayında Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsində də istifadə olunacaq.