vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
08:36 | 20 aprel 2018 | Cümə Məqaləyə 2386 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Generallar görüş yerini dəyişmir

Rusiya və ABŞ yüksək rütbəliləri kritik toplantını yenə Bakıda gerçəkləşdirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı, ordu generalı Körtis Skaparroti ilə görüşüb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, danışıqlar zamanı tərəflər Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyətini, etimad tədbirlərinin artırılması və insidentlərin qarşısının alınması məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparıblar və beynəlxalq terrorizmə qarşı mübarizədə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar.

 

***

 

12:55

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıya gəlib.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, V.Gerasimov Bakıda NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparotti ilə görüşəcək.

Qeyd olunub ki, tərəflər Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyətini, eləcə də Suriyadakı vəziyyəti müzakirələr edəcəklər.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Gerasimov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcək.