vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9635 AZN
Rusiya rublu 1 RUB = 0.0257 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2293 AZN
Türk lirəsi 1 TRY = 0.2890 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ELM-TƏHSİL, DİN  
09:04 | 20 aprel 2018 | Cümə Məqaləyə 534 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xarici mətbuat azərbaycanlı alim haqda

Şərqşünas alim Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqalə dərc olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Küveyt Universitetinin geniş oxucu auiditoriyasına malik həftəlik dərc olunan “Afaq” qəzetində Universitetin Dillər Mərkəzində təhsil alan azərbaycanlı tələbə Elnurə Süleymanovanın ərəbşünas, filologiya elmləri doktoru, şərqşünaslıq üzrə professor Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqaləsi dərc olunub.

Vaxt.az xəbər verir ki, Azərbaycanın Küveytdəki səfirliyindən “Trend”ə verilən məlumata görə, sözügedən məqalədə professor Aida İmanquliyevanın orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə daxil olması və elə həmin universitetin Şərq xalqları və ədəbiyyat tarixi kafedrasını fərqlənmə diplomu ilə bitirməsi və daha sonra keçmiş SSRİ EA Asiya xalqları İnstitutunun aspiranturasında təhsil alması barədə məlumat verilib.

Məqalədə A.İmanquliyevanın qısa müddət ərzində namizədlik dissertasiyasını müdafiə etməsi, məhcər ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mixail Nuaymə və Cübran Xəlil Cübran haqqında monoqrafiyalar yazması və öz istedadı və əməksevərliyi sayəsində qısa zaman kəsiyində keçmiş Sovet İttifaqında yeni ərəb ədəbiyyatının ən tanınmış mütəxəssislərindən birinə çevrildiyi barədə geniş məlumat verilib.

Eyni zamanda məqalədə A.İmanquliyevanın Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlaması, 1973-cü ildə həmin institutda baş elmi işçi kimi çalışması, 1976-cı ildən ərəb filologiyası şöbəsinin müdiri, 1988-ci ildən elmi işlər üzrə direktor müavini, daha sonra isə ömrünün son günlərinədək Azərbaycan EA şərqşünaslıq İnstitutunun direktoru vəzifələrində çalışması barədə ətraflı məlumat verilib.


Xarici mətbuatda şərqşünas alim Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqalə dərc olunub - FOTO


Daha sonra məqalədə A.İmanquliyevanın 1989-cu ildə Tbilisi şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etməsi, ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru olması və tezliklə bu ixtisas üzrə professor adını alması barədə oxuculara məlumat verilib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *