vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SƏHİYYƏ, ORDU  
09:39 | 20 aprel 2018 | Cümə Məqaləyə 2032 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hərbçilər prezidentin fərmanını dəyərləndirdi

“Bu orduda böyük ruh yüksəkliyi yaradacaq”

İlkin İZZƏT

MÖVZU İLƏ ƏLAQƏLİ

“Ali Baş Komandanımız, prezident İlham Əliyevin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı orduda, Silahlı Qüvvələrimizdə xidmət edən hər kəsdə böyük ruh yüksəkliyi yaradacaq. Bununla onlar görür ki, hərbi əməliyyatlar zamanı şəhid olmuş və itkin düşmüş şəxslərin ailələrinə dövlət tərəfindən lazımi qayğı göstərilir. Odur ki, belə bir addım bütün zabit, gizir və əsgərlər, ümumilikdə şəxsi heyətdə ruh yüksəkliyinin artmasına təsir edəcək və onlar daha böyük həvəslə döyüş tapşırıqlarını yerinə yetirməyə can atacaqlar”.

Bunu Milli.Az-a açıqlamasında sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Generalın fikrincə, belə bir fərmanın verilməsi bütün aspektlərdən baxanda cəmiyyətimiz tərəfindən alqışlanmalıdır: “Azərbaycanın hər bir övladı Vətənin müdafiəsində durmalı, yeri gələndə onun uğrunda canından keçməlidir. Ali Baş Komandanın bu fərmanı isə şəhid olmuş və itkin düşmüş Azərbaycan vətəndaşlarının ailələrinə sosial yardım məqsədi daşıyır. Hər bir əsgər, hər bir hərbçi biləcək ki, o, döyüş tapşırıqlarını yerinə yetirərkən onun ailəsinə, övladlarına dövlət tərəfindən qayğı yüksək səviyyədə olacaq. Buna ölkəmizin maddi imkanları da var. Ali Baş Komandan ona görə belə bir fərman verib ki, onlar ən azından maddi baxımdan nəyəsə ciddi ehtiyac duymasınlar. Bu çox müsbət addımdır və bunu çox yüksək qiymətləndirirəm”.

Qeyd edək ki, Prezident İlham Əliyev ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb. Sənədə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir.