vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
12:56 | 20 aprel 2018 | Cümə Məqaləyə 1981 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sizin ardınızca digərləri də gedəcək”

Netanyahu: “Altı ölkə İsraildəki səfirliyini Qüdsə köçürməyə hazırdır”

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, 6 ölkə İsraildəki səfirliyini Qüdsə köçürməyə hazırdır. Bu barədə “The Times of Israel” xəbər yayıb.

“Azı altı ölkə səfirliklərinin Qüdsə köçürülməsinə dair bizimlə ciddi danışıqlar aparıb. Bu barədə məlumat verməkdən çox məmnunam. Qvatemalaya bu addıma görə təşəkkürümüzü bildiririk. Sizin ardınızca digərləri də gedəcək”, - deyə baş nazir əcnəbi diplomatlarla görüşündə bildirib.

Benyamin Netanyahu söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb.

Daha əvvəl Fələstin prezidenti Mahmud Abbas ABŞ-ın İsraildəki səfiri barədə kəskin ifadələr işlədib.

ABŞ-la Fələstin arasında münasibət prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra pisləşib.