vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
13:12 | 24 aprel 2018 | Çərşənbə axşamı Məqaləyə 3394 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni nazir Muxtar Babayev kimdir?

MDU-nun məzunu, MM-in üzvü, ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb. Yenicag.az bildirir ki, sərəncama əsasən Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub.

Buna qədər “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri olan Babayev, eyni zamanda millət vəkili statusunu daşıyırdı. Ancaq maraqlıdır ki, deputat olduğu müddət ərzində Muxtar Babayevin Milli Məclisdən səsi gəlməyib. Ümumiyyətlə, səssiz rejimə keçən Babayev müsahibələrinin birində danışmamasının səbəbini MM-də yeni olması ilə əlaqələndirmişdi. Lakin zaman keçsə də, Muxtar Babayev nə mətbuatda, nə də parlamentdə hansısa məsələyə münasibət bildirib. Media nümayəndələri arasında keçirilən sorğularda da Babayev çoxları üçün sirli qutu kimi qalıb.

Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur. 1986-1988-ci illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.

1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.

2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədri təyin olunub. O, eyni zamanda “Sumqayıt” futbol klubunda da Müşahidə Şurasının üzvüdür.