vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
13:48 | 24 aprel 2018 | Çərşənbə axşamı Məqaləyə 1878 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ümidlənməsinlər”

Nikol Paşinyan Ermənistanın hakim partiyasına yeni ultimatum verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

“Xalq mənə belə bir etimad göstərsə, bundan imtina etmərəm”. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu müxalif “Addım” Hərəkatının sədri, “məxməri inqilab”ın lideri Nikol Paşinyan bildirib.

O deyib ki, indi Ermənistanda hakimiyyət xalqın əlindədir: “Obrazlı desək, buna müqavimət göstərmək əhəmiyyətsizdir”.

N.Paşinyan qeyd edib ki, aprelin 24-də baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanla "Mariott" otelində görüşəcək və baş nazir məsələsi ilə bağlı danışıqları davam etdirəcək: “Mən birmənalı şəkildə vurğulamaq istrdim ki, “məxməri inqilab” yarımçıq qala bilməz. Onu sonadək başa çatdırmaq lazımdır. Ümid edirəm ki, siz tam qələbəyədək onu başa çatdıracaqsınız. Serj Sarkisyan və Respublikaçılar Partiyası yaranmış vəziyyət nəticəsində kölgə rejimi ilə dövləti idarə edəcəklərinə ümidlənməsinlər və ən yaxşısı bu xülyadan əl çəksinlər”.