vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
SƏNƏTÇİ  
18:05 | 24 aprel 2018 | Çərşənbə axşamı Məqaləyə 4909 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni nazir tanınmış bəstəkarın oğluymuş

Muxtar Babayevin anası haqda maraqlı faktlar

Modern.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyevin sərəncamına əsasən, dünən ekologiya və təbii sərvətlər naziri təyin edilən Muxtar Babayev tanınmış ailənin oğluymuş.

Vaxt.az-ın məlumatına görə, Muxtar Babayevin anası şairə-bəstəkar İzolda Babayevadır.

İzolda Babayeva bir neçə tanınımş mahnının müəllifidir. Onun mahnılarını xalq artisti Şövkət Ələkbərova, İlhamə Quliyeva, Almaz Ələsgərli Fidan Hacıyeva və digər məşhur sənətçilər ifa edib.

Dövlət Televiziyasına müsahibələrinin birində İzolda Babayeva bunları deyib: “Heç vaxt müəllim olmaq istəməmişəm. Həkim olmaq ən böyük arzum olub. Anam da həkim idi. Birinci dəfə qəbul oluna bilmədim. Bir il onkoloji poliklinikada çalışdım. Amma həkimlik sənətini çox sevirəm.  Qızım da həkimdir. İkinci dəfə  o zamankı Axundov adına Pedaqoji Universitetə qəbul olundum. Müəllim kimi çalışandan sonra anladım ki, müəllimlikdən gözəl peşə yoxdur”.