vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:30 | 25 aprel 2018 | Çərşənbə Məqaləyə 2144 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Axırıncı aşırım

Sərkisyan onu aşa bilmədi...

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Doğrusu, bir qədər gözləməli olduq. Xəbər verilmişdi ki, oyuncaq prezident Armen Sərkisyanın etirazçılarla görüşündən sonra müxalifət lideri Nikol Paşinyanın artıq baş nazir vəzifəsini icrasına başlayan Sərkisyanla görüşünü təşkil etmək qərara alınıb.

Nəhayət, agentliklər xəbər yaydı ki, görüş nəticəsiz bitib, S.Sərkisyan nümayişkaranə şəkildə görüş yerini tərk edib. Daha sonra məlumatlar daxil oldu ki, N.Paşinyan daha iki deputat həmkarı ilə birlikdə saxlanılıb və digər etirazçılara qarşı da zor tətbiq edilib, yüzlərlə insan həbs edilib.

Bəli, artıq demək olardı ki, proses öz kulminasiya nöqtəsinə çatıbdır. Paşinyanın həbsinin iki cür təsiri ola bilərdi: etirazlar ya güclənəcəkdi, ya da əksinə, zəifləyəcəkdi...

Buna sinergetikada “bifurkasiya nöqtəsi” də deyirlər, - bu nöqtədən sistem bir neçə hala keçə bilir və onların hər biri haqqında isə yalnız müəyyən ehtimalla danışmaq mümkün olur.

Vəziyyətin qəribəliyi ondadır ki, S.Sərkisyanın işləri pis getmirdi: əvvəlcə ölkənin siyasi modelinin dəyişdirilməsi ideyasını qəbul etdirdi, daha sonra guya parlament seçkilərini uddu, bundan sonra isə Londonda rahat həyatını yaşayan Armen Sərkisyanın başını tovlayıb onu prezident olmağa razı sala bildi...

Artıq sonuncu aşırım qalırdı. Amma burada kartlar qarışdı. Ermənistandan kənarda bir o qədər də tanınmayan müxalifətçi Paşinyan bir neçə günün içində aranı əməlli-başlı qarışdırdı.

Elə Paşinyanın da işləri pis getmirdi. Tez bir zamanda aksiyalara beynəlxalq dəstək gəldi, bir neçə tanınmış ziyalı və mədəniyyət xadimi aksiyalara dəstək verdi və ən başlıcası da bəlli oldu ki, Qərbdəki erməni diasporu artıq S.Sərkisyanı müdafiə etmir.

Düzdür, V.Putin tələsik Sərkisyanı təbrik etdi. Bu da kartları bir azacıq qarışdırırdı və həm də o anlama gəldi ki, Kremlin S.Sərkisyan dəyişmək fikri yoxdur.

Putin Sərkisyana nə deyəcəkdi ki? Məgər özü eyni siyasi maskaradı Rusiyada qurmamışdımı? Məgər Putin özü keçmiş sovetlər məkanında ilk “uzunömürlü siyasilər”dən deyildimi?..

Ona görə də çox kritik, bir azacıq əvvəldə dediyimiz kimi, kuliminasiyon bir nöqtəyə gəlib çatmışdı Ermənistan. Digər amil bu idi ki, proseslər ermənilərin qondarma “soyqırımı günü” ərəfəsində baş verirdi və bu axmaq xalq hətta bu cür gərgin vəziyyətdə “soyqırım”la bağlı təbliğat aparmağı da unutmurdu: bu günlərdə məlum oldu ki, ABŞ-da 100-ə yaxın konqresmen D.Trampa müraciət edib. Amma düşünürük, tamam faydasızdır, onlar hər il belə edir, gəl, faydası olmur.

Fikirləşirdik ki, bu dəfə əsl soyqırımı Serj Sərkisyan təşkil edəcək. Amma əvvəlcə proseslərin sonu ilə bağlı konkret söz demək o qədər də asan deyildi.

Bir neçə saytdan S.Sərkisyanın tələblərini də oxumuşduq: Vallah, bu adamın başında problem var, deyirdi ki, yalnız Qarabağ problemini həll edəndən sonra hakimiyyətdən gedəcək...

Elə ona görə də zənn edirdik ki, Ermənistanda “məxməri inqilab” ssenarisi tamam cəfəngiyatdır: burada ciddi şey olsa, mütləq qanla, zorakılıqla müşayiət olunacaq, çünki hakimiyyətdə L.Ter-Petrosyan kimi “kitab-dəftər adamı” yox, hiyləgər müharibə köpəyidir...

Bu adam üçün öldürmək, kəsmək adi iş idi, üstəlik, Ermənistanda bunu artıq bir dəfə etmişdi və N.Paşinyan da bunu yaxşı bilirdi. Elə bu səbəbdən nəticələrlə tələsmirdik. Bəlli olanı bu idi ki, o, Serj Sərkisyan hakimiyyətdən getmək istəmir və etirazlar da onu qorxutmur.

Hey düşünürdük ki, bəs bunun sonu nə olacaqdır? Bəli, son artıq bəllidir - Sərkisyan istefa veribdir...

Aydın məsələ idi ki, qondarma “genosid günü”ndən hər iki tərəf faydalanmağa çalışacaq. Müxalifətin bundan necə faydalanmağa cəhd edəcəyi tamam bəllidir.

O ki qaldı Sərkisyana, o da bundan “milli birliyi və həmrəyliyi” bərpa etmək üçün istifadə etməyə çalışacaqdı, amma o günədək qala bilmədi hakimiyyətdə...

Çox yaxşı olardı ki, həmin gün bunların arasına qırğın düşsün və ermənilər anlasınlar ki, hətta yüz il bundan əvvəl də heç bir “genosid” - filan olmayıb, sadəcə, ermənilərin öz siyasətçilərinin AVANTÜRASI olub və AVANTÜRA indi də davam edir...