vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
14:58 | 25 aprel 2018 | Çərşənbə Məqaləyə 2122 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəsmi Bakı Xocalı canisi üçün hərəkətə keçə bilər

Ekspert: “Sərkisyanın hər hansı bir ölkədən Azərbaycana gətirilməsi mümkündür”

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda prezidentlikdən getdikdən sonra baş nazir postunda cəmi iki həftə əyləşən Serj Sərkisyanın xalqın tələbi ilə istefa verməsi onun cəzalandırılması məsələsində Azərbaycan üçün perspektivlər açıb. Xocalıda və digər işğal edilmiş ərazilərimizdə əli azərbaycanlıların qanına batan cinayətkar Sərkisyanın törətdiyi əməllərə görə cəzalandırılması şansları artıb.

Əgər indiyə qədər prezident olduğu üçün ölkəmizin Sərkisyanı cəzalandırmaq imkanları zəif idisə, indi belə deyil. Çünki qaniçən cəllad nə prezident, nə də baş nazir deyil. Bu baxımdan Azərbaycan onu etdiyi və sübuta yetirilmiş cinayətlərinə görə beynəlxalq tribunallara verə, barəsində beynəlxalq axtarış qərarı çıxartdıra bilər. Artıq Sərkisyan və digər erməni canilərinin cəzalandırılması üçün təkliflər, tələblər səslənməkdədir. Beynəlxalq qanunlarla Azərbaycanın bunu etmək imkanlarının kifayət qədər yüksək olduğu qeyd edilir.

Hüquqşünas Əliməmməd Nuriyev açıqlamasında Sərkisyanı cəzalandırmaq üçün çətin proseduraların olduğunu söylədi: “Biz hər zaman demişik və yenə də deyirik ki, Sərkisyan Xocalı soyqırımında, Azərbaycan ərazilərinin işğalında birbaşa iştirak etmiş şəxsdir, o, cinayətkardır. Bunu cənab prezident İlham Əliyev də hər zaman söyləyir. İndiki vaxtda onun bütün immunitetləri aradan qalxıb, o əvvəl prezident, son olaraq da baş nazir idi. Amma onunla bağlı beynəlxalq proseduraları aparmağa dair bizim cəmiyyətdə yetərli bilgilər yoxdur. Fərdi qaydada müraciətlər ola bilər. Azərbaycan Xocalı soyqırımı məsələsini BMT qarşısında qaldıra, yəni xüsusi tribunalın müəyyən edilməsini tələb edə bilərdi. Bununla bağlı da beynəlxalq hüquqda müəyyən perspektivlər gözlənilir. Amma bu da çox çətin bir məsələdir. Çünki burada Təhlükəsizlik Şurasının qərarı olmalıdır.

Bizdə Xocalı soyqırımı ilə bağlı cinayət işi gedir. Bu baxımdan Azərbaycan Sərkisyanın beynəlxalq axtarışa verilməsi ilə bağlı məsələni qaldıra bilər.  Amma onun saxlanılması, gətirilməsi müəyyən problemlər açar. Azərbaycanın hüquq-mühafizə orqanları bu şəxsi ölkəyə gətirmək üçün müəyyən əməliyyatlar keçirə bilər. İnterpol xətti ilə bəlkə də onun saxlanılması mümkün ola bilər. Lakin indiki vəziyyətdə bu az, ağlabatandır. Başqa üsullara da əl atmağımız gərəkir. Xocalı soyqırımında və digər işğal olunan ərazilərdə iştirakı, ayrı-ayrı şəxslərin qətllərində adının keçməsi və bu kimi məsələləri önə çəkmək olar. Sərkisyanın hazırda hüquqi müdafiəsi sürətlə zəifləməyə doğru gedir. Onu da güman edirəm ki, Sərkisyana qarşı öz ölkəsində yaxın zamanlarda cinayət işi qaldırılacaq. Korrupsiya və digər məsələlərlə bağlı ittiham oluna bilər. Azərbaycanda isə xeyli müddətdir onun haqda cinayət işi var və hesab edirəm ki, Serjlə bağlı müəyyən axtarış-əməliyyat tədbirlərinə hər an start verilə bilər”.

Hüquqşünas onu da qeyd etdi ki, Sərkisyanın hansısa bir beynəlxalq məhkəmə önünə çıxarılması hazırkı reallıqlarla mümkünsüz görünür: “Bunun üçün gərək bir tribunal yaradılsın. Buna da BMT tərəfindən razılıq verilməsi mümkün deyil. Lakin nəzəri baxımdan Sərkisyanın hər hansı bir ölkədən Azərbaycana gətirilməsi mümkündür. Ayrı-ayrı ölkələrin təcrübəsində qətliamlara, terrora yol vermiş şəxslər məsuliyyətə cəlb olunublar. İsrail praktikası burada çox önəmli nümunələrdən biridir. İsrail xalqına qarşı terror hərəkətlərinə yol vermiş şəxslər müxtəlif ölkələrdə həbs ediliblər, ya da müxtəlif yollarla məsuliyyətə cəlb olunublar. Gələcəkdə Azərbaycan da vətəndaşlarına qarşı qətliamlara, cinayət hərəkətlərinə yol vermiş şəxslər barəsində uyğun qaydada işlər görə bilər. Ermənistandan Sərkisyanın Azərbaycana təhvil verilməsi qeyri-mümkündür. Ölkəmizin praktikasında cinayətə yol vermiş şəxslərin tutulub Azərbaycana gətirilməsi halları var. Amma unutmaq olmaz ki, Sərkisyan beynəlxalq cinayətlərə yol verib. Bu baxımdan onun beynəlxalq axtarışa verilməsi yolu daha uyğundur”.