vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9314 AZN
1 Rusiya rublu 1 RUB = 0.0256 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1474 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3176 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
16:58 | 25 aprel 2018 | Çərşənbə Məqaləyə 459 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Türkiyə dünyada bir gücdür”

İlham Əliyev Ankaradan beynəlxalq aləmə mesaj verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir. Vaxt.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: “Əziz qardaşım. Hörmətli cənab Prezident. Hörmətli xanımlar və cənablar. İlk növbədə, əziz qardaşım, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram.

Sizin qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra mənim ilk səfərim qardaş ölkəyə edilən səfərdir. Bu təbiidir. Sizin də qeyd etdiyiniz kimi, bu bir ənənədir və bu ənənə onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir. Məni prezident seçkilərində qazandığım qələbə münasibətilə ilk təbrik edən lider əziz qardaşım olub. Bir həftə bundan əvvəl Bakıda andiçmə mərasimi keçirildi, iki gün bundan öncə hökumətin formalaşması başa çatdı və dünən mən artıq Ankarada idim və biz əziz qardaşımla görüşlərə başladıq, bu gün də davam etdik”.

İlham Əliyevin sözlərinə görə, bugünkü mərasim, dünən və bu gün aparılan müzakirələr bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı, dostluğu möhkəmdir və çox böyük gələcəyi var:

“İlk növbədə, əziz qardaşımı və bütün Türkiyə xalqını əldə edilmiş uğurlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əziz qardaşımın liderliyi sayəsində Türkiyə böyük və şərəfli yol keçmişdir. Biz, Azərbaycanda Türkiyəni sevən insanlar, Türkiyədəki inkişafı çox böyük sevinclə qarşılayırıq. Prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi ürəkdən sevindirir”.

Azərbaycan Prezidenti vurğulayıb ki, Türkiyə bu gün dünya miqyasında bir gücdür və bu güc getdikcə daha da böyüyür, dostlar sevinir, istəməyənlərin əhvalı pozulur:

“Əminəm ki, bundan sonra da Türkiyə yalnız və yalnız qələbələr və uğurlar istiqamətində gedəcəkdir. Fürsətdən istifadə edərək əziz qardaşımı seçkilərdən sonra ilk səfərini Azərbaycana gəlmək şərtilə dəvət edirəm ki, bu ənənə bundan sonra da yaşasın.

Biz bütün məsələlərdə bir yerdəyik. Qeyd etdiyim kimi, dünya miqyasında ikinci belə bir ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm köklər baxımından, mədəniyyət, tarix baxımından, həm də ortaq maraqlar və ortaq çıxarlar baxımından biz daim bir yerdəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə qədər bizə ikinci dəstək verən ölkə olmayıb. Hər zaman Türkiyə bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu dəstək, həmrəylik bizə əlavə güc verir”.

Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir:

“Azərbaycan da öz növbəsində, bütün beynəlxalq təşkilatlarda Türkiyəni daim dəstəkləyir, Türkiyə ilə terrorla mübarizə yolunda hər zaman həmrəy olduğunu göstərmişdir, hər zaman Türkiyənin yanında olmasını ifadə etmişdir. “Zeytun budağı” əməliyyatını uğurla aparması münasibətilə bütün qardaş Türkiyə xalqını təbrik edirəm. Azərbaycan xalqı bu məsələdə də hər zaman həmrəylik göstərmişdir. Bu bizim ümumi məsələmizdir”.

İlham Əliyev deyib ki, bu gün Türkiyə və Azərbaycan regionda birgə səylərlə çox böyük layihələr həyata keçirir: "Əziz qardaşımın dediyi kimi, Bakı-Tbilisi-Qars və TANAP tarixi layihələrdir. Bizim iradəmiz, təşəbbüsümüz və birliyimiz bu layihələri həyata keçirdi. Bu gün biz Avrasiyanın energetika və nəqliyyat xəritəsini tərtib edirik. Bu layihələr bizim gücümüzü artırır, regional əməkdaşlığı möhkəmləndirir və bölgədə sabitliyi təmin edir. Bizim birgə həyata keçirdiyimiz təşəbbüslər və layihələr sadəcə olaraq iqtisadi məna daşımır. Onların çox böyük siyasi mənası var və bu layihələr təhlükəsizliyi, sabitliyi möhkəmləndirən layihələrdir. Əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz layihələr uğurla başa çatacaq.

Biz qarşılıqlı sərmayə qoyuluşunu artırırıq. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya qoymuşdur. Ancaq qardaş ölkələrə bu qədər sərmayə qoyula bilər. Yaxın gələcəkdə TANAP-ın açılışı, “Star” NEZ-in açılışı, əlbəttə ki, bizim imkanlarımızı daha da artıracaq. Onu da qeyd etməliyəm ki, Azərbaycan investisiyaları hesabına Egey bölgəsinin ən böyük limanı olan Petlim limanı inşa edilib və bu, Türkiyənin 3-cü böyük limanıdır. Biz bu gün preferensial ticarət sazişinin imzalanmasına yaxınlaşdıq. Ümid edirəm ki, yaxın gələcəkdə bu saziş imzalanacaq və beləliklə, ticarət dövriyyəsi daha da artacaq".

Azərbaycan Prezidenti bildirib ki, iki ölkə arasında birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində tədqiqatlar həyata keçirilir:

“Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var. Biz ordumuzun ehtiyacını, o cümlədən, Türkiyədə istehsal edilən hərbi məhsullar hesabına təmin edirik. Bu gün aparılan danışıqlarda qərara gəldik ki, bundan sonra da bu istiqamətdə addımlar atılacaq. Biz görürük ki, Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var və istehsal olunan mallar ən yüksək standartlara uyğundur.

Bütün sahələrdə - mədəniyyət, təhsil, humanitar sahələrdə də biz daim birlikdəyik. Bizi birləşdirən qədim tarix var. Bizi birləşdirən yaxın tarix var. Bu ilin may ayında birinci Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Ondan sonra Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birgə Bakını erməni quldur dəstələrindən azad etməsini birlikdə qeyd edəcəyik. Bu, şanlı tariximizdir. Bu tarix göstərir ki, biz hər zaman bir yerdə olmuşuq, bu gün də bir yerdəyik və əminəm ki, hər zaman bir yerdə olacağıq.

Bir daha, əziz qardaşım, böyük diqqətə və qonaqpərvərliyə görə Sizə minnətdaram. Qardaş Türkiyə xalqına daim rifah və tərəqqi arzulayıram”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *