vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
DİGƏR NÖVLƏR  
14:44 | 27 aprel 2018 | Cümə Məqaləyə 2032 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda Formula 1 yarışları başladı

Ümumi sıralamda “Ferrari”, komanda hesabında “Mersedes” liderdir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün saat 13:00-da “Formula 1” pilotları Bakı Qran-Prisi Halqasında sərbəst yürüşlərin ilk mərhələsinə başlayıblar. Sərbəst yürüşlər iki mərhələdə keçiriləcək.

Qeyd edək ki, komandalardan “Mercedes”in heyətində Luis Hamilton və Valterri Bottas, “Ferrari”nin heyətində Sebastyan Fettel və Kimi Raykkonen, “Red Bull”un heyətində Daniel Rikkardo və Maks Ferstappen, “Fors İndia”nın heyətində Serxio Peres və Esteban Okon, “Uilyams”ın heyətində Lens Stroll və Sergey Sirotkin, “Reno”nun heyətində Niko Hülkenberq və Karlos Sayns, “Toro Rosso”nun heyətində Pyer Qasli və Brendon Hartli, “Haas”ın heyətində Roman Qrojan və Kevin Maqnussen, “MakLaren”in heyətində Fernando Alonso və Stoffel Vandorn, “Sauber”in heyətində Markus Eriksson və Şari Lekler yarışacaqlar.

Qeyd edək ki, 2018-ci ildə 3 mərhələdən sonra pilotların mübarizəsində hələlik ümumi sıralamada 141 xalla “Ferrari”nin pilotu Sebastiyan Fettel (54 xal) liderdir. “Mersedes”dən Luis Hamilton (45 xal) ikinci, Valterri Bottas (40) isə üçüncü yerdədirlər.

Komanda hesabında hələlik “Mersedes” komandanı 85 xalla birinci, “Ferrari” 84 xalla ikinci, “Red Bull” isə 55 xalla üçüncüdür.

Xatırladaq ki, ötən il Bakıda “Formula 1” turunun ilk yarışında “Pertamina Prema Theodore Racing” komandasının pilotu Çarles Lekrerk, ikinci yarışında isə “BWT Arden” komandasının pilotu Norman Nato qələbə qazanmışdı.

Trasda hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var.