vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
15:16 | 27 aprel 2018 | Cümə Məqaləyə 1760 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mehriban Əliyeva fransalı senatoru qəbul etdi

Görüşdə Azərbaycan-Fransa arasındakı iqtisadi və təhsil əlaqələri müzakirə olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 27-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uper ilə görüşüb.

Mehriban Əliyeva Alen Uperin Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri kimi ölkəmizə səfər etdiyini vurğulayaraq, ölkələrimiz arasında münasibətlərə toxunub, Azərbaycan-Fransa əlaqələrinin bütün sahələrdə çox uğurla inkişaf etdiyindən məmnunluğunu bildirib. Ölkələrimiz arasında həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu, bu münasibətlərin möhkəmlənməsində Azərbaycan-Fransa parlamentlərarası əlaqələrinin mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, son illər ərzində bu istiqamətdə bir çox tədbirlər keçirilib. İqtisadi əlaqələrə toxunaraq enerji sektorunda mövcud olan çox uğurlu əməkdaşlığı qeyd edib, bununla yanaşı, nəqliyyat, kənd təsərrüfatı, ekologiya və digər sahələrdə qurulan əməkdaşlıqdan danışıb, Azərbaycanda bir çox Fransa şirkətlərinin uğurlu fəaliyyətini vurğulayıb. Humanitar əlaqələrin əhəmiyyətinə toxunan Mehriban Əliyeva bu sahədə uğurlu əməkdaşlığın formalaşdığını bildirib, humanitar əlaqələrin ölkələri, insanları bir araya gətirdiyini diqqətə çatdırıb. Mehriban Əliyeva Azərbaycan mədəniyyət günlərinin təkcə Fransanın paytaxtı Parisdə deyil, bu ölkənin digər şəhərlərində də uğurla keçirildiyini və böyük maraqla qarşılandığını xatırladaraq, eyni zamanda, Azərbaycanda da bu istiqamətdə görülən tədbirləri qeyd edib. Azərbaycanda Fransız liseyinin, Azərbaycan-Fransız Universitetinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. “Bu sahədə çox işlər görülüb, amma yenə də potensial var”, - deyən Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Fransalı senator, Fransa-Qafqaz dostluq qrupunun sədri Alen Uper Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşdən şərəf hissi duyduğunu söyləyib. O, Fransa ilə Azərbaycan arasında mövcud olan münasibətlərin inkişafının məmnunluq doğurduğunu deyib. Qonaq Mehriban Əliyevanın ölkəmizin Fransada təbliği üçün gördüyü işləri yüksək qiymətləndirib, bu istiqamətdə tədbirlərin davam etdirilməsinin əhəmiyyətinə toxunub. Alen Uper son illər Azərbaycan ilə Fransa arasında mövcud əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əlaqələrin münasibətlərin daha da inkişafına xidmət edəcəyini vurğulayıb. Senator Azərbaycanın dünya üçün vacib ölkə olduğunu bildirib.