vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ENERGETİKA  
11:31 | 28 aprel 2018 | Şənbə Məqaləyə 1314 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft bazarında oynama

“Azeri Light” həftəni 75 dolların üstündə başa vurdu

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,25 dollar və yaxud 0,33 faiz azalıb.

“Azeri LT CIF” markalı neftin qiyməti 75,46 dollar/barelə bərabər olub.

Dünən olan məlumatlarda isə “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,71 dollar və yaxud 0,95 faiz artaraq 75,71 dollar/barelə bərabər olub.

Aprelin 26-da CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti 75,71 dollar/barel təşkil edib. Bu da çərşənbə gününə olan göstəricidən 0,71 dollar/barel çox olub.

Həmin gün FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 75,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,7 dollar/barel çox idi.

Novorossiysk limanından yüklənən “URALS” neftinin qiyməti 70,42 dollar/barel təşkil edib ki, aprelin 25-də olan qiymətdən 0,59 dollar/barel baha olub.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə aprelin 26-da 74,81 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,82 dollar/barel çoxdur.