vaxtlı-vaxtında oxuyun! Bazar, 9 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9335 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1717 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3185 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
11:55 | 28 aprel 2018 | Şənbə Məqaləyə 494 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Uğurlar hamımızı fərəhləndirir”

Yusuf Məmmədəliyev: “Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında gimnastika növləri sürətlə inkişaf edir”

MÖVZU İLƏ ƏLAQƏLİ

Mehriban Əliyevanın rəhbərliyi altında gimnastikanın inkişafı üçün görülmüş işlər sayəsində gimnastika növləri sürətlə inkişaf edir.

Vaxt.az “Trend”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev bədii gimnastika üzrə FIG Dünya Kubokunun açılış mərasimində çıxışı zamanı deyib.

Y.Məmmədəliyev bildirib: “Xanımlar və cənablar! Hörmətli qonaqlar! Əziz idmançılar və idman sevənlər! Azərbaycanda təşkil edilən daha bir mötəbər yarışın - bədii gimnastika üzrə Dünya Kubokunun bütün iştirakçılarını Milli Gimnastika Arenasında səmimiyyətlə salamlayır, ölkəmizin bütün qonaqlarına “xoş gəlmişsiniz” deyirəm!”

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, bu gün Azərbaycan irimiqyaslı beynəlxalq yarışlara, o cümlədən Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi edir, dünyada idman ölkəsi kimi tanınır: “Yeri gəlmişkən, məhz bu günlərdə Dünyanın məşhur “Formula 1” ulduzları Qran Pri yarışları çərçivəsində şəhərimizin mərkəzi küçələrində öz məharətlərini nümayiş etdirir. Əminəm ki, həmişə olduğu kimi, bu yarışlar da uğurla keçiriləcək, ölkəmiz bir daha öz qonaqpərvərliyi ilə yaddaşlarda qalacaq.

Son illər ölkəmizdə gənc qızların sevimli idman növünə çevrilmiş bədii gimnastika üzrə ulduzların zərif və füsunkar çıxışlarını izləyirik. Artıq Bakıda formalaşmış bədii gimnastika məktəbinin yetirmələri məşhur gimnastlarla mübarizə aparır və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər. Bütün bu uğurlar hamımızı sevindirir və fərəhləndirir. Təbii ki, bu nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin düzgün idman siyasətinin və gənclərin inkişafına göstərilən diqqətin nəticəsidir”.

Y.Məmmədəliyev vurğulayıb ki, ölkənin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında gimnastikanın inkişafı üçün görülmüş işlər sayəsində gimnastika növləri sürətlə inkişaf edir. Gimnastlarımız üçün yaradılan şəraitdən təkcə yerli idmançılarımız deyil, təlim-məşq toplanışlarına və yarışlara qatılan gimnastlar da bəhrələnir:

“Bugünkü möhtəşəm Dünya Kubokunda iştirak etmək üçün Azərbaycana 25 ölkədən idmançılar təşrif buyurub. Şübhəsiz ki, gimnastların medallar uğrunda gərgin mübarizəsi bizə bir daha həyəcanlı anlar yaşadacaq, gimnastika bayramının bir parçası olmaq imkanı verəcək. Ən əsası isə hazırkı yarış gimnastlarımızın ustalığının yüksəlməsinə, bu idman növünə marağın daha da artmasına və sonrakı inkişafına öz töhfəsini verəcək.

Diqqətinizə görə təşəkkürümü bildirirəm, gimnastlara uğur arzulayır və bununla da bədii gimnastika üzrə Dünya Kubokunu açıq elan edirəm!”


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *