vaxtlı-vaxtında oxuyun! Cümə, 20 sentyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
DİGƏR NÖVLƏR  
12:12 | 28 aprel 2018 | Şənbə Məqaləyə 736 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda “Formula 1”in ikinci yarış günü başladı

Pilotlar 300-kmdən çox yol qət edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Bakıda “Formula 1” Azərbaycan Qran Prisinin ikinci yarış günüdür. Modern.az xəbər verir ki, yarışmanın ikinci yarış günündə “Formula 2” sinfində birinci yarış, “Formula 1” pilotlarının isə üçüncü praktiki sessiyası olacaq.

Həmçinin “Formula 1”də təsnifat mərhələsi keçiriləcək.

“Formula 1” bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Yarışlardan 10 komandadan 20 pilot iştirak edir. “Mercedes” komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Williams”ın heyətində Sergey Sirotkin və Lens Stroll yarışırlar. “Red Bull Racing” komandasında Daniel Rikkiardo, Maks Ferstappen, “Force India”da Esteban Okon və Serxio Peres, “Renault”da isə Niko Hülkenberq ilə Karlos Sayns mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Brendon Hartli və Pyer Qasli, “Sauber”də Markus Eriksson, Şarl Lekler, “McLaren”də Fernando Alonso və Stoffel Vandorn yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.

Aprelin 29-da “Formula 1” Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək.

Qeyd edək ki, ötən gün “Formula 1” sinfində iki sərbəst yürüş, “Formula 2” sinfində isə sərbəst yürüş və təsnifat mərhələsi keçirilib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *