vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
DİGƏR NÖVLƏR  
12:08 | 28 aprel 2018 | Şənbə Məqaləyə 2113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda “Formula 2” üzrə birinci yarışlar başladı

Pilotlar 29 dövrə vuracaqlar

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 28-də saat 12-də Bakıda “Formula 2” üzrə birinci yarışa start verilib. “Formula 2” yarışlarında hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır. Birinci yarışda pilotlar Bakı şəhər halqasında 29 dövrə vuracaqlar.

“Formula 1” Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən ilk yürüşdə “Carlin” komandasının braziliyalı pilotu Serjiu Sette Kamara bütün rəqiblərini qabaqlayıb. O, 1 dəqiqə 54,136 saniyə göstərici ilə birinci yeri tutub. İkinci ən yaxşı nəticə “Campos Vexatec Racing”in italiyalı pilotu Luka Qyottoya, üçüncü nəticə isə “MP Motorsport”un pilotu Ralf Boşunqa məxsusdur.

Sıralanma turunda isə “Dams” komandasının 22 yaşlı pilotu Aleksander Olbon 1 dəqiqə 54,48 saniyəlik nəticə ilə rəqibləri üçün əlçatmaz olub. “Carlin” komandasının sürücüsü Lando Norris ikinci, “Art Grand Prix”in pilotu Corc Rassel isə üçüncü yeri tutublar.

Aprelin 29-da 21 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.