vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DİGƏR NÖVLƏR  
23:03 | 29 aprel 2018 | Bazar Məqaləyə 2034 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bakı trası istisnadır”

Almaniyalı turist: “Azərbaycan Qran Prisi digərlərindən yaxşı mənada tamamilə fərqlənir”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Bakı trası gördüyüm digər traslardan tamamilə fərqlənir”. Bunu “Trend”ə Bakıda “Formula 1” Azərbaycan Qran Prisini izləyən almaniyalı turist Ulrike Şmidt deyib.

O, artıq 12 ildir Formula 1 yarışlarını izlədiyini bildirib: “Bir çox ölkələrdə yarış trasının keyfiyyəti biletlərin qiymətinə uyğun deyil. Belə olan halda böyük pula rəğmən yarışdan daha az zövq alırsan. Bu mənada Bakı trası tamamilə istisnadır”.

U.Şmidt qeyd edib ki, təşkilatçılar yarışın yüksək səviyyədə keçirilməsi üçün böyük səy göstəriblər:

“Bura həqiqətən də xoşuma gəlir. Hotel də gözəldir. Hər şey çox yaxşıdır. Bakının ictimai nəqliyyatı isə idealdır”.