vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
10:51 | 30 aprel 2018 | Bazar ertəsi Məqaləyə 1887 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dollara nisbətən bahalaşma gözlənilir

Qlobal bazarlarda son vəziyyət

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu həftə önəmli fundamental göstəricilər ilə zəngindir. Aparıcı investisiya alətlərinin dollara nisbətən qiymətlərində bahalaşma proqnozlaşdırılır.

Avro

 

Dünya valyuta birjalarında avro/dollar məzənnəsi 1.2055 dollara kimi ucuzlaşdıqdan sonra 1.2133 dollara kimi bahalaşıb. Təhlillərə əsasən, qiymət 1.2173 dolları da yuxarı istiqamətdə qıraraq, üzərində qalarsa, bahalaşma əlavə olaraq 1.2246 və 1.2305 dollara kimi də güclənə bilər.

Avrozonadan çərşənbə günü və cümə axşamı Bakı vaxtı ilə saat 13:00-da müvafiq olaraq açıqlanacaq iqtisadi inkişaf və inflyasiya göstəriciləri də önəmli rol oynayacaq. Eyni zamanda, cümə günü saat 16:30-da ABŞ-dan yayımlanacaq əmək bazarı ilə bağlı fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.

 

Funt-sterlinq

 

Funt/dollar məzənnəsi də keçən həftə ərzində 1.3746 dollara kimi 2 faiz ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb. Burada qiymətin 1.3700 dolların üzərində qaldıqca, 1.3895 və 1.3987 dollara kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, çərşənbə axşamı, çərşənbə günü və cümə axşamı saat 12:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin istehsal, tikinti və xidmət sektorları ilə bağlı statistik göstəricilərin məzənnəyə güclü təsir edəcəyi gözlənilir.

 

Türk lirəsi

 

Türkiyə bazarlarında isə dollar 4.05 lirənin altında ticarət edilməkdədir. Qiymət bu səviyyənin altında qaldıqca, 4.02 və 3.99 lirəyə kimi də ucuzlaşa bilər. Cümə axşamı saat 11:00-da Türkiyədən dərc ediləcək inflyasiya ilə bağlı statistik məlumatlar da məzənnəyə təsiri baxımından önəmli olacaqdır.

 

Neft

 

Enerji bazarlarında isə “Brent” nefti 73.00 dolların üzərində ticarət edilməkdədir və bu səviyyənin üzərində qaldıqca, 75.23 dollara kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatlar da qiymətə güclü təsir edə bilər.

 

Qızıl

 

Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1326 dollara (42.5 $/qram) kimi bahalaşıb və bu səviyyənin üzərində qalarsa, 1334 dollara (42.8 dollar/qram) kimi də dəyər qazana bilər. Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma, qızıl qiymətlərində də özünü göstərə bilər.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.