vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
09:22 | 30 aprel 2018 | Bazar ertəsi Məqaləyə 2159 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Çin silahları Qarabağda Ermənistana qarşı tuşlana bilər”

Rusiyalı ekspert Azərbaycan müdafiə nazirinin Pekin səfərini şərh edib

MÖVZU İLƏ ƏLAQƏLİ

“Hərbi sferada Çinlə əməkdaşlıq daha yaxşıdır, Çin, çox maraqlı partnyordur”. Bbunu haqqın.az saytına açıqlamasında rusiyalı hərbi ekspert, “Military Russia” saytının rəhbəri Dmitri Kornev Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Çinə səfərini şərh edərkən deyib.

Ekspert bildirib ki, Çin hərbi-texniki sferada dünyanın aparıcı dövlətlərindən biridir.

“Son illər Çin texnoloji sürətlənmə ilə inkişaf edir. Çinin bütün müasir hərbi-texnologiya sistemləri yaradılıb. Hansılar ki, Rusiya, ABŞ və Avropada da var. Bura raket texnologiyaları, idarə olunan hipersəsli döyüş blokları daxildir. Yada salmaq lazımdır ki, Çində idarə olunan ballistik raketlər də var. Halbuki belələri praktiki olaraq Rusiyada yoxdur. SSRİ belə silahlar yaradırdı, amma onları silahlanmaya qəbul etməmişdi”-deyə ekspert söyləyib.

Dmitri Kornev Belarusun Çinin A-200 raketləri ilə təchiz edilən “Polonez” sistemlərinin Azərbaycana satılacağı haqda mətbuatda yazılanlara da münasibət bildirib.

“Çin hamı ilə əməkdaşlığa cəhd edir... Həmçinin silah ixracı məsələsində ortaq müəssisələr yaradır”, - o əlavə edib.

Qeyd edək ki, aprelin 27-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in milli müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekində rəsmi səfərdə olub.

İki ölkənin müdafiə nazirlərinin görüşü olub.

V.Fenxe Çin ilə Azərbaycanın coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq münasibətlərinin olduğunu qeyd edib. O, bu münasibətlərin yaranmasında tarixi İpək yolunun vacib rol oynadığını da bildirib.

İyirmi altı il əvvəl iki ölkə arasında qurulan diplomatik əlaqələrin müasir dövrdə də  inkişaf etdiyini diqqətə çatdıran çinli nazir, əlavə edib ki, ötən müddətdə müxtəlif sahələrdə əməkdaşlığımız genişlənib, qarşılıqlı siyasi etimad xeyli güclənib.

V.Fenxe “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələrimizin əməkdaşlığı üçün yeni imkanların yarandığını, Azərbaycanın bu strategiyaya verdiyi böyük dəstəyi məmnunluqla qeyd edib.

Çinin milli müdafiə naziri iki ölkənin hərbi sahədə əməkdaşlığına toxunaraq bu istiqamətdə böyük potensialın olduğunu bildirib.

V.Fenxe ölkəsinin Dağlıq Qarabağ münaqişəsində mövqeyinin dəyişmədiyini, hər zaman olduğu kimi münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib.

Z.Həsənov isə vurğulayıb ki, Azərbaycan ilə Çin arasında dostluq münasibətləri dərin köklərə malikdir.

“Bu münasibətlər ölkələrimiz arasında müasir əlaqələrin əsasını təşkil edir. Çin ilə hərtərəfli əməkdaşlıq isə ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir”- Z.Həsənov söyləyib.

Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən işğalçılıq siyasəti təkcə ölkəmiz üçün deyil, bütün regionda sülhə və təhlükəsizliyə ciddi təhdid təşkil edir.

Azərbaycanın Müdafiə naziri Çinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Müdafiə naziri xüsusi qeyd edib ki, Azərbaycan da Çin Xalq Respublikasının “Vahid Çin” siyasətinə hörmətlə yanaşır, bu konsepsiyanı dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıyır.

Dostluq və qarşılıqlı etimad şəraitində keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Görüşün sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Çin Xalq Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi yardımın göstərilməsinə dair sənəd imzalanıb.