vaxtlı-vaxtında oxuyun! Bazar, 9 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9335 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1717 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3185 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
17:56 | 1 may 2018 | Çərşənbə axşamı Məqaləyə 488 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Süründürməçilik aradan qalxacaq”

Sahil Babayev vətəndaş narazılığı və əlillərlə bağlı işçi qrupu yaratdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə nazirlikdə əlilliyin qiymətləndirilməsi ilə bağlı proseslərin təkmilləşdirilməsi, həmçinin müvafiq elektron sistemlərin imkanlarının genişləndirilməsi vasitəsilə vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası ilə bağlı zəruri işlərin görülməsi məqsədilə işçi qrupu yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, işçi qrupunun bu gün keçirilən və Azərbaycan Səhiyyə Nazirliyinin müvafiq işçi qrupunun nümayəndələrinin də iştirak etdiyi ilk iclasında S.Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq, ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsinə, onların tibbi-sosial reabilitasiyasına xidmət edən tədbirlərin ildən-ilə gücləndirildiyini vurğulayıb. Nazir bildirib ki, əlilliyi olan vətəndaşlara dövlətin qayğısının daim artırılması ilə yanaşı, əlillik qruplarının təyin olunmasında tam şəffaf mühitin formalaşdırılması, müvafiq xidmət sektorunda vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması üçün əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi də diqqətdə saxlanılacaq. Nazirlikdə müvafiq işçi qrupunun yaradılması da bu məqsədə xidmət edir.



Nazir qeyd edib ki, yeni yaradılan işçi qrupunun qarşısında bir sıra vəzifələr müəyyən edilib: “Belə ki, işçi qrupu əlillik təyinatlarının monitorinqinin həyata keçirilməsi istiqamətində Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə iş aparacaq. İşçi qrupu Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə dəyişikliklər edilməsi barədə təklifləri hazırlamalıdır. Eləcə də dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilən göndərişlərin TSERAS-a ötürülmədən öncə Səhiyyə Nazirliyinin müvafiq məlumat bazaları ilə qarşılaşdırılması mexanizmi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyi arasında elektron məlumat mübadiləsinə dair sazişə əlavələr edilməsi, əlillərin bərpa mərkəzlərinin inkişafı üzrə konsepsiya layihəsi barədə təkliflər də işçi qrupu tərəfindən hazırlanmalıdır”.

Bütün qeyd edilən təkliflərin 1 ay müddətində hazırlanaraq təqdim edilməli olduğunu qeyd edən S.Babayev bildirib ki, eyni zamanda, bütün bərpa mərkəzlərinin əməkdaşlarına Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Reabilitasiya Alt Sistemindən istifadə qaydaları öyrədilməlidir: “Bu məqsədlə işçi qrupu həmin mərkəzlərin əməkdaşlarına cari ilin 14-18 may tarixlərində təlimlərin keçirilməsini, həmçinin cari ilin 01 iyul tarixindən etibarən bərpa mərkəzlərinə əlilliyi olan şəxslərin qəbulu, onlara göstərilən reabilitasiya və bütün digər xidmətlərin uçotunun yalnız bu Alt Sistem üzərindən aparılmasını təmin etməlidir”.



Nazir diqqətə çatdırıb ki, beynəlxalq təcrübə əsasında əlilliyi olan şəxslərin “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydası”nın layihəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim olunması da yeni yaradılan işçi qrupunun vəzifələrindən biridir.

S.Babayev vurğulayıb ki, Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət müstəvisində aparılacaq işlər əlilliyin qiymətləndirilməsi sisteminin daha təkmil səviyyədə qurulmasında önəmli rol oynayacaq.

İclasda işçi qrupunun müvafiq istiqamətlərdə görəcəyi işlər ətraflı müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, nazir müavini Natiq Məmmədovun rəhbəri olduğu işçi qrupuna nazirliyin müvafiq şöbələrinin və nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əməkdaşları daxildir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *