vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
09:34 | 2 may 2018 | Çərşənbə Məqaləyə 1968 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ÇL-də ilk finalçı müəyyənləşib

Çüneyt Çakırın penalti verməməsi müzakirələrə səbəb oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbol üzrə Çempionlar Liqasında ilk finalçı müəyyənləşib. "Real Madrid" ardıcıl üçüncü mövsüm həlledici mərhələyə vəsiqə qazanıb. Zinəddin Zidanın baş məşqçi olduğu kollektiv yarımfinalda Almaniya “Bavariya”sını üstələyib.

Almaniyadakı qarşılaşmada 2:1 hesablı qələbə qazanan “Real Madrid” doğma “Santyaqo Bernabeu” stadionundakı görüşü heç-heçə başa vurub - 2:2. Meydan sahiblərindən hər iki qolu Kərim Benzema vurub. O, 11-ci və 46-cı dəqiqələrdə “dubl” edib. “Bavariya”dan isə 3-cü dəqiqədə Coşua Kimmix, 63-cü dəqiqədə elə “kral klubu”ndan icarəyə götürülmüş Xames Rodriges fərqlənib.

Matçda ən çox müzakirə olunan epizod ilk yarının uzatma dəqiqəsində “Real Madrid”in kapitanı Marselonun əlinə dəyən topdan sonra türkiyəli hakim Cüneyt Çakırın penalti təyin etməməsi olub. Bundan başqa, meydan sahiblərinin ikinci qolunda “Bavariya”nın qapıçısı Sven Ulrayxın kobud səhvə yol verməsi diqqət çəkib.

Qeyd edək ki, “Real Madrid”in finaldakı rəqibi bu gün İtaliyada “Roma” ilə İngiltərə “Liverpul”u arasındakı digər yarımfinal matçının nəticəsinə əsasən müəyyənləşəcək. “Liverpul” ilk görüşdə 5:2 hesablı qələbə qazanıb.