vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 iyun 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9745 AZN
Rusiya rublu 1 RUB = 0.0267 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2548 AZN
Türk lirəsi 1 TRY = 0.3585 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
13:33 | 2 may 2018 | Çərşənbə Məqaləyə 190 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TANAP-ın açılış tarixi məlum oldu

Gələn ay rəsmi mərasim keçiriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu il iyunun 19-da Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) layihəsinin rəsmi açılış mərasimi keçiriləcək. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev Türkiyə jurnalistlərinə bildirib.

O qeyd edib ki, TANAP-dan Türkiyəyə ilk qazın verilişi iyulun ilk həftəsində planlaşdırılmışdı, lakin Türkiyədə seçkilərin (Prezident və Parlament) vaxtından əvvəl keçirilməsinə görə TANAP-ın rəsmi açılış mərasimi iyunun 19-da olacaq.

Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

TANAP-ın təməli 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulub. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 milyard kubmetr olacaq. Bu həcmin 6 milyard kubmetri Türkiyəyə, qalan 10 milyard kubmetri isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir.

Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Bu ilin yayında Türkiyəyə qaz bu çıxış nöqtəsindən veriləcək.

Avropaya qaz verəcək Faza-1 adlandırılan hissənin (Əskişəhərdən Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1 2019-cu ilin sonuna Avropa üçün qazı qəbul etməyə hazır olacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *