vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
13:37 | 2 may 2018 | Çərşənbə Məqaləyə 1455 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İki şəhərdə meriya binası ələ keçirildi

Ermənistan müxalifəti Gümrü və Maralikdə nəzarəti ələ aldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan müxalifətinin tərəfdarlarından ibarət bir qrup şəxs Gümrü və Maralik şəhərlərinin meriya binalarına soxularaq nəzarəti ələ keçiriblər.

TASS xəbər verir ki, etirazçılar şəhər administrasiyası rəhbərliyindən müxalifətə qatılmalarını tələb edirlər.

Eyni zamanda şəhərin bütün dövlət binalarının müxalifət tərəfdarlarının nəzarətində olduğu bildirilir.

Oxşar vəziyyət Maralik şəhərində də müşahidə olunur. Orada da nümayişçilər meriya binasına soxularaq hökumət əleyhinə şüarlar səsləndirirlər.

Aksiyanın təşəbbüskarlarından biri, şəhərin Ağsaqqallar Şurasının üzvü Aqun Saqatelyan bildirib ki, xalq Respublikaçılar Partiyasının hakimiyyətindən qurtulmaq istəyir. O əlavə edib ki, şəhər sakinləri merdən Respublikaçılar Partiyasına üzvlükdən imtina etməyi və müxalifət hərəkatına qoşulmağı tələb edirlər.