vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 iyun 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9745 AZN
Rusiya rublu 1 RUB = 0.0267 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2548 AZN
Türk lirəsi 1 TRY = 0.3585 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
15:31 | 2 may 2018 | Çərşənbə Məqaləyə 216 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qorxunc zərərverici yayılır

Dağıstanda mərmər bağacığına qarşı karantin elan olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Dağıstanın kənd təsərrüfatı məhsulları üçün xüsusi təhlükəli karantin obyekti olan mərmər bağacığı (Halyomorpha halys Stal) yayılmağa başlayıb. Azərbaycandan gələn kənd təsərrüfatı məhsullarında aşkar edilən bu böcəyin Dağıstanın sərhəd rayonlarına keçməsi ehtimal edildiyindən həmin ərazilərində təhlükəli zərərvericinin yayılması ilə bağlı xəbərdarlıq lövhələri vurulub.

Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) regional bölməsi məlumat yayıb.

Dağıstan əkinçilərinə böcəyin yarada biləcəyi təhlükəsi ilə bağlı məlumat verilib. Bildirilib ki, əgər mərmər bağacığı yayılarsa, bütün kənd təsərrüfatı bitkiləri ondan zərər görə bilər.

“Əgər respublikada müşahidə olunarsa, nəticələr fəlakətli ola bilər”, - deyə federal xidmətin məlumatında deyilir.

Mərmər bağacığı meyvə, üzüm bağlarını, həmçinin tərəvəz məhsullarını məhv edə bilir. Ümumilikdə bu böcəyin qidasına 300-dək müxtəlif bitki daxildir. Tərəvəz bitkilərindən ən çox pomidor, xiyar və bibər, yəni istixana təsərrüfatları üçün böyük bir təhlükə yaradır.

Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən həmçinin bütün bələdiyyələrin rəhbərlərinə məlumat xarakterli məktublar göndərilib. Onlara təsərrüfatı olan şəxslər və əhali ilə danışıqlar aparmaq tövsiyə olunur.

Mənbə qeyd edir ki, “Qafqaz” federal magistralının Azərbaycanla sərhədinə doğru bölgəyə zərərvericinin təhlükəsi barədə xəbərdarlıq lövhələri quraşdırılıb. Mərmər bağacığı aşkarlayan hər kəs Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin əməkdaşına məlumat verməlidir.

Xatırladaq ki, bir neçə həftə əvvəl Ufa Beynəlxalq Aeroportunda Azərbaycandan Tatarıstana gedən sərnişinlərin birinin əl baqajında mərmər bağacığının aşkarlanması ilə bağlı xəbər vermişdik.

Bu təhlükəli zərərverici nəinki Azərbaycanda yayılıb, hətta qonşu ölkələrə də keçir. Bəs Azərbaycan Fitosanitar Nəzarəti Xidməti qorxulu zərərvericinin qarşısını almaq üçün hansı tədbirlər görür? Bu suallara aydınlıq gətirmək üçün xidmətə zəng vursaq da, zənglərimizə cavab verən olmadı.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *