vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
11:13 | 3 may 2018 | Cümə axşamı Məqaləyə 1876 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yaxında 30-40 faizlik çöküş baş verə bilər”

Məşhur investor: ““Öküz bazarı” geriləmə tələb edir”

MÖVZU İLƏ ƏLAQƏLİ

Məşhur investor Mark Mobius, uzun müddətdir səhm bazarlarında davam edən yüksəlişdən sonra tənəzzül ola biləcəyi barədə xəbərdarlıq edib.

İnkişaf etmiş və inkişaf edən bazarlarda 30-40 faizlik bir geriləmənin məntiqi olduğunu qeyd edən Mobius “Buna hazır olmağımız lazımdır” deyib. Mobius ABŞ-dakı öküz bazarını geriləmə üçün əsas göstərib.

Ekspert “Güman edirəm faizlərdə davam edən artım katalizator olacaqdır. FED bu istiqamətdə gedir. FED-in ardınca digərləri də bu istiqamətdə irəliləmək məcburiyyətindədir”, - deyib.

Siyasi dəyişikliklərin də bazarlara təsir göstərdiyini qeyd edən Mobius, “hər hansı bir hadisə hərəkətverici ola bilər, ancaq ən əhəmiyyətlisi budur ki, uzun müddətin “öküz bazarı” geriləmə tələb edir” ifadəsini istifadə edib.

İnkişaf edən bazarların uzun perspektivdə yaxşı performans göstərəcəyini proqnozlaşdıran Mobius “ancaq qısa müddətli geriləmələr dramatik ola bilər” deyib.