vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
19:35 | 4 may 2018 | Cümə Məqaləyə 1805 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

20 dollar

Harri Kasparov Paşinyana yardım göndərdi

MÖVZU İLƏ ƏLAQƏLİ

“Mənim addımım” etiraz hərəkatının lideri, Ermənistanın “Çıxış” blokundan olan deputat Nikol Paşinyan öz “Facebook” səhifəsində hərəkata maliyyə dəstəyi göstərən insanların siyahısını dərc edib.

“Report”un verdiyi xəbərə görə, aprelin 10-dan 23-dək olan müddət ərzində ianələrin ümumi miqdarı 7 769 800 dram (təxminən 16 000 ABŞ dolları) təşkil edib.

Siyahıda müxtəlif ölkələrdən olan insanların adı yer alıb. Bəziləri ad və soyadlarının açıqlanmasını istəməyib, bir qisim insanın isə yalnız adları göstərilib.

Belə ki, siyahıda İsveçdən Liliya, ABŞ-dan Kristine Ovsepyan, Münhendən Vaaqn Petrosyan, həmçinin Rusiyada yaşayan onlarla erməninin adı var.

Qeyd olunanlar arasında məşhur şahmatçı, Rusiyanın müxalifət xadimlərindən biri olan Harri Kasparovun da adı var. O, etiraz hərəkatına 10 000 dram (təxminən 20 dollar) pul ayırıb.