vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
18:38 | 4 may 2018 | Cümə Məqaləyə 1076 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yalan xəbərdir”

XİN: “İsrail xüsusi xidmət orqanları Azərbaycan ərazisindən istifadə etməyiblər”

Rəsmi Bakı İranın nüvə arxivinin oğurlanması üçün İsrail xüsusi xidmət orqanlarının Azərbaycan ərazisindən istifadə etmələri ilə bağlı yayılan məlumatı təkzib edir.

Daha öncə Küveytdə dərc olunan “Əl-Carida” qəzeti iddia etmişdi ki, İsrailin xüsusi xidmət orqanları “İranın nüvə arxivinin oğurlanması ilə nəticələnmiş qəfil əməliyyat həyata keçiriblər və arxiv Azərbaycanın ərazisindən çıxarılıb”.

Nəşr qeyd edir ki, sənədlər 2018-ci ilin yanvar ayında oğurlanıb. Bildirilir ki, Azərbaycan hakimiyyətinin əməliyyat barədə məlumatı olmayıb. Oğurlanmış arxiv sərhəd məntəqələrini yan keçməklə Azərbaycana gətirilib və buradan hava yolu ilə İsrailə aparılıb.

“Yayılmış məlumat Azərbaycanın müvafiq dövlət strukturları tərəfindən yoxlanılıb. Tam əminliklə deyə bilərəm ki, məlumat həqiqəti əks etdirmir. Bu yalan xəbərdir”, - XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bəyanatında deyilir.