vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
09:16 | 8 may 2018 | Çərşənbə axşamı Məqaləyə 2530 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Oliqarxlar əndişədə

“Kiçik padşahlar”ın zəbt etdikləri torpaqlar geri alınacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Deyəsən Heydər Əsədovun Kənd Təsərrüfatı Nazirliyindən çıxarılması ilə oliqarxların ələ keçirdiyi əkinə yararlı torpaqların geri alınması da gerçəkləşəcək.

Vaxt.az Modern.az-a istinadən xəbər verir ki, nazir postuna təyinat almış İnam Kərimov bu istiqamətdə araşdırmalara başlanması üçün göstəriş verib. Hətta İ.Kərimovun mayın 4-də bölgələrə səfəri zamanı qeyd olunan məsələləri diqqətdə saxladığı bildirilir. Nazirin bu göstərişlərindən qorxuya düşən bəzi oliqarxların canına vəlvələ düşdüyü gələn məlumatlar sırasındadır.

Qeyd edək ki, bir sıra rayonlarda 1000 hektarlarla əkinə yararlı sahələr, örüş yerləri illərdir hasarlanıb və toxunulmaz ərazilər kimi zənginlərin mülkiyyətində  saxlanılır. Kənd təsərrüfatı üçün yararlı sahələrin məmur-oliqarxlar tərəfindən zəbt edildiyi uzun illərdir heç kimə sirr deyil. Bu faktlar eks-nazir Heydər Əsədova da sirr deyildi, amma nədənsə problemin çözülməsi hansısa səbəblərdən uzadılırdı...

Hətta dövlət başçısı da zamanında əkinə yararlı torpaqların oliqarxlar tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi:

“Mən bu torpaqlarla bağlı məruzənin hazırlanmasını tapşırmışam. Bəzi hallarda həmin torpaqlar yüksək vəzifəli məmurlara aiddir və məndə onların adları var. Yaxın vaxtlarda həmin məsələ ilə bağlı tədbirlər görüləcək və istifadə edilməyən torpaqlar geri alınaraq, kənd təsərrüfatında istifadəyə yönəldiləcək. Ölkədə kənd təsərrüfatı əhəmiyyətli istifadəsiz torpaq qalmamalıdır”.

Ölkə rəhbəri 2016-cı ildə Sabirabadda keçirilmiş müşavirədə də bu barədə daha sərt danışmışdı. Dövlət başçısı demişdi ki, böyük torpaq sahələri daha da səmərəli şəkildə dövriyyəyə buraxılacaq: “Ona görə bu il çox ciddi təftiş aparılır. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir... Bir qarış torpaq belə boş qalmamalıdır”.

Ölkə başçısının həmin tapşırıqlarından sonra Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi məsələnin həllinə dair birgə fəaliyyət göstərəcəklərini açıqlasalar da, indiyədək bir nəticə hasil olmayıb...

Xəzər dənizinin sahili və rayonlardakı əkinə yararlı torpaqlar “kiçik padşahlar”ın toxunulmaz mülkiyyəti olaraq qalmaqdadır. Amma nə vaxtadək?...

Gülşən RAUFQIZI