vaxtlı-vaxtında oxuyun! Bazar, 19 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9343 AZN
Rusiya rublu 1 RUB = 0.0254 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1630 AZN
Türk lirəsi 1 TRY = 0.2909 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BANK, BİRJA, SIĞORTA  
13:11 | 8 may 2018 | Çərşənbə axşamı Məqaləyə 412 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kapital Bank”ın kreditləri kəskin artıb

Bankın xalis mənfəətində auditdən sonra yüksəliş var

2017-ci ildə “Kapital Bank”ın fiziki şəxslərə verdiyi kreditlər 146 milyon manat artıb. Vaxt.az bankın audit olunmuş hesabatına istinadən xəbər verir ki, 2016-cı ilin sonunda fiziki şəxslərə verilmiş kreditlər 499 milyon 761 min manat ikən, 2017-ci ilin sonunda 645 milyon 842 min manata çatıb. Başqa sözlə, əhaliyə verilmiş kreditlər təxminən 30% və ya 146 milyon 81 min manat artıb.

Ötən il “Kapital Bank”ın dövlətə bağlı müəssisələrə verdiyi kreditlər 77 milyon 527 min manat azalaraq 450 milyon 249 min manata, korporativ kreditlər 105 milyon 766 min manat azalaraq 113 milyon 436 min manata, sahibkar olan fiziki şəxslərə verilmiş kreditlər isə 6 milyon 536 min manat azalaraq 12 milyon 55 min manata düşüb.

Fiziki şəxslərə verilmiş ipoteka kreditləri isə 7 milyon manat artaraq 32 milyon 352 min manata yüksəlib.

Ötən ilin sonunda “Kapital Bank”ın xalis kredit portfeli 1 milyard 163 milyon manat təşkil edib. 2016-cı ilin sonunda xalis kredit portfeli 1 milyard 203 milyon manat təşkil etmişdi. Şirkətlərə verilən kreditlərdəki kəskin azalmanın böyük hissəsi əhaliyə verilən kreditlərin atması ilə kompensasiya edilsə də, bu artım cəmi azalmanı tam örtməyə kifayət etməyib.

Digər bir xəbərdə deyilir ki, “Kapital Bank” ASC-nin audit olunmuş hesabatına görə, Bank 2017-ci ili 112 milyon 407 min manat xalis mənfəət ilə başa vurub. Bundan əvvəl yerli standartlar əsasında hazırlanmış rüblük hesabatda qeyd edimişdi ki, Bank 2017-ci ili 94 milyon 839 min manat xalis mənfəətlə başa vurub. Beləliklə, “Kapital Bank” 2017-ci ili 17 milyon 568 min manat daha çox xalis mənfəətlə bağlayıb.

Vaxt.az bankın audit olunmuş hesabatına istinadən xəbər verir ki, illik müqayisədə faiz gəlirləri 32,2 faiz artaraq 285 milyon manatı keçib. “Kapital Bank” 2016-cı ildə 215 milyon 832 min manat faiz gəlirləri əldə etmişdi.

Bankın qeyri-faiz gəlirləri isə 111 milyon 329 min manatdan 115 milyon 550 min manata yüksəlib.

Xərclər çıxıldıqdan sonra Bankın 143 milyon 212 min manat mənfəəti olub. Mənfəətdən 30 milyon 805 min manat mənfəət vergisi ödənilib. Nəticədə Bankın 112 milyon 407 min manat xalis mənfəəti qalıb. Bank 2016-cı ili 86 milyon 965 min manat xalis mənfəət ilə bağlamışdı.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *