vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
12:09 | 10 may 2018 | Cümə axşamı Məqaləyə 1962 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vəziyyət 3 il əvvələ qayıdır

ABŞ-İran gərginliyi müharibə həddinə çatır

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ - İran məsələsi geniş, çoxtərəfli mövzudur. Qısa şəkildə bəzi məqamları qeyd etməyə çalışaq.

Əvvəla, 2015-ci ildə imzalanmış məlum sənəd (İranın nüvə proqramı üzrə hərtərəfli fəaliyyət planı) İran diplomatiyasının parlaq qələbəsidir. Obama ilə Kerri ABŞ siyasi tarixinin bəlkə də ən pasifist cütlüyüdür və belə bir sənədə ABŞ tərəfindən ancaq bu tip aşırı liberal siyasilərin dövründə imza atıla bilərdi. ABŞ-ın maraqları (İsrailin maraqları da buraya aiddir) baxımından yanaşdıqda, anlaşmanın qənaətbəxş olmadığını anlamaq çətin deyil.

Bu müqavilə İranın nüvə proqramının ləğvini nəzərdə tutmur. Sənədin müddəti 10 illikdir və bu müddətdə nüvə proqramının yalnız dondurulmasından söhbət gedir. Heç kim bilmir ki, 10 il sonra nə olacaq. Həmin vaxta qədər hərbi qüdrətini daha da artıracaq İran 2025-ci ildə niyə güzəştə getsin ki?

Müqavilədə İranın raket proqramı ilə bağlı hər hansı müddəa, qadağa da yoxdur. İran heç bir əngəl olmadan İsraili xəritədən silmək gücünə malik, eyni zamanda nüvə başlığı daşıya bilən ballistik raketlər hazırlaya bilər, necə ki, hazırlayır. Hətta istəsə, ABŞ-ı vura biləcək uzun mənzilli raketlər də istehsal edə bilər, buna da bir maneə yoxdur.

İran nüvə proqramını təxirə salmağın müqabilində öz iqtisadiyyatını inkişaf etdirmək imkanı qazandı, neft ixracına yenidən başladı, Qərbdə dondurulmuş pullarını geri aldı (məsələn, Obama 400 milyon dolları nağd şəkildə təyyarə ilə Tehrana göndərmişdi), beləliklə, Orta Şərqdə öz nüfuzunu genişləndirmək üçün əlavə resurslar əldə edərək bu məqsəd üçün milyardlarla dollar pul xərclədi və xərcləyir.

Ona görə də, sırf məsələyə ABŞ-ın və İsrailin maraqları baxımından yanaşdıqda, Tramp haqlıdır. Amma onun qərarı sözsüz ki, bölgədə gərginliyi daha da artıracaq və təsadüfi deyil ki, İsrail Trampın çıxışından dərhal sonra Suriyaya növbəti raket zərbələri endirdi. Artıq aydındır ki, bölgədə sülh başqa bahara qaldı və İranın nüvə proqramı ilə bağlı problemin hərbi yolla həlli ehtimalı getdikcə artacaq.

İran yenə ağıllı addım ataraq bu məsələdə ABŞ-ın müttəfiqi Avropa Birliyi, eləcə də Çin və Rusiya ilə əlaqəli şəkildə siyasət yeritməyə qərar verdi. (Hələ ki.) Bu, ABŞ üçün təklənmə təhlükəsi yaradır. İndi Amerika ilə İsrail bir tərəfdə, dünyanın qalan hissəsi isə başqa tərəfdəymiş kimi bir görüntü var. Amma ABŞ Avropa üçün həyati müttəfiqdir, siyasi, iqtisadi, hərbi baxımdan Qərb blokunun şəriksiz lideri olmaqla yanaşı, həm də vaxtilə Avropanı faşizm və kommunizm kimi iki böyük bəladan xilas etmiş, onu xarabalıqlar arasından ayağa qaldırmış, inkişafına kömək etmiş, bu günə qədər qorumuş və hələ də qoruyan gücdür və mənəvi avtoritetdir. Fransada qollist xəttin hər zaman var olmasına, alman solçularının və radikal sağçılarının antiamerikanizminə baxmayaraq, ABŞ-ın Avropa üçün vazkeçilməzliyi hələ uzun müddət davam edəcək.

Avropalılar İrana qarşı sanksiyaların ləğvindən sonra sürətlə bu ölkə ilə biznes əlaqələrini bərpa edərək İranda ciddi layihələr həyata keçirməyə başladılar. Böyük müqavilələr, o cümlədən “Airbus” satışına dair anlaşma imzalandı. AB-nin Trampın qərarına mənfi münasibətinin əsas səbəblərindən biri budur. Çünki Rusiyaya qarşı sanksiyalar nəticəsində müəyyən itkilərə məruz qalan Avropa biznesi İrana qarşı ABŞ sanksiyalarının bərpası nəticəsində də milyardlar itirəcək. Avropa şirkətlərinin ABŞ sanksiyalarına məhəl qoymamaq kimi bir lüksü yoxdur, məcburən əməl edəcəklər. Çünki heç bir Avropa şirkəti İrana görə Amerika kimi nəhəng tərəfdaşı və bazarı itirmək istəməz.

İrana qarşı ABŞ tərəfindən 90-180 gün ərzində sanksiyalar bərpa olunacaq. İlk növbədə (avqust) İranın dollarla əməliyyatlar həyata keçirməsinə, qızıl və digər qiymətli metal ticarətinə, polad, kömür, alüminium, proqram təminatı alqı-satqısına, avtomobil sənayesinə, İranın suveren borcu ilə bağlı əməliyyatlara, İran rialı ilə iri miqdarda tranzaksiyalar həyata keçirilməsinə sanksiya tətbiq ediləcək. İkinci mərhələdə (noyabr) İranın enerji sektoruna, neft şirkətlərinə, neft treyderlərinə, limanlarına, gəmiqayırma sənayesinə, İran Milli Bankına, sığorta sisteminə sanksiyalar bərpa olunacaq.

Sanksiyalar şübhəsiz ki, İranda iqtisadi problemləri dərinləşdirəcək. Tramp hökumətinin məqsədi budur ki, ötən ilin dekabrında olduğu kimi, əhali ayağa qalxsın və mümkünsə, inqilab etsin. ABŞ-ın məqsədinin İranda rejim dəyişikliyi olduğunu bir neçə gün əvvəl Trampın vəkili Rudolf Culiani də təsdiqlədi.

Bu sanksiyalar Azərbaycan-İran iqtisadi əlaqələrinə də yəqin ki, təsirsiz ötüşməyəcək. Məsələn, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisi üçün Azərbaycanın İrana ayırdığı 500 milyon dolların bu ölkəyə köçürülməsi mümkün olmaya bilər. (Hələ köçürülməyibsə.) İranla həyata keçirilən bəzi layihələrin (məsələn, avtomobil istehsalı) icrasında da problemlər yaranması mümkündür. Amma gözlənilən neqativ təsirləri çox şişirtməyə dəyməz. Çünki Azərbaycan sanksiyaların ən sərt dövründə də İranla normal əməkdaşlıq edirdi.

Sonda bir məqamı da qeyd edim ki, noyabrda Konqresə keçiriləcək seçkilərdə demokratlar qalib gəlsə, vəziyyət dəyişəcək və Trampın hərəkət sahəsi xeyli daralacaq. Bu halda impiçmentin də gündəmə gəlməsi mümkündür, xüsusi prokurorun təhqiqatının nəticələri bu baxımdan önəmli olacaq.

 


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)