vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
12:18 | 10 may 2018 | Cümə axşamı Məqaləyə 1419 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sanksiyaların sərhədində ...

ABŞ İranla əməkdaşlıq edənlərə ultimatum və 90 gün vaxt verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident Donald Tramp ölkəsinin birtərəfli qaydada İranla nüvə sazişindən çıxdığını elan edəndən sonra Birləşmiş Ştatların maliyyə nazirliyi bu ölkə ilə biznes quranlara, o cümlədən xarici ölkələrə xəbərdarlıq edərək sanksiyaların təsiri altına düşməmək üçün 90 gün vaxtlarının olduğunu bildirib. Virtualaz.org xəbər verir ki, Maliyyə Nazirliyi İrana qarşı nüvə sövdələşməsindən əvvəl qüvvədə olan sanksiyaların hamısının bərpa ediləcəyini, üstəlik yeni sərt sanksiyalar qoyulacağını elan edib.

“Hətta əgər İran razılaşmanın bütün bəndlərini yerinə yetirsəydi belə onun müddətinin başa çatmasından tezliklə sonra nüvə silahı əldə edə bilərdi. Əgər mən bu razılaşmanın mövcudluğunu davam etdirməsinə imkan versəydim o zaman atom silahı əldə etmək üçün ağılsız yarış başlayardı. Mən buna yol verə bilmərəm”, - Donald Tramp Ağ evdə elan edib.

ABŞ prezidenti bildirib ki, İrana qarşı “ən sərt sanksiyaları” bərpa edir. O, əlavə edib ki, İranla əməkdaşlıq edəcək “istənilən ölkə” də sanksiyalara məruz qalacaq. “ABŞ nüvə şantajının girovuna çevrilməyəcək. Biz yol verə bilmərik ki, “Amerikaya ölüm” şüarı qışqıran rejim bu ölümcül silaha malik olsun”, - Tramp deyib.

Müraciətinin sonunda Tramp ABŞ-ın İranla nüvə sövdələşməsindən çıxması barədə müvafiq sənədi imzalayıb.

Trampın bəyanatından az sonra Maliyyə Nazirliyi izah edib ki, İrana qarşı sanksiyaların bərpa edilməsi üçün 90-180 gün vaxt lazım gələcək. Məhz bu müddət ərzində Tehranın partnyorları ABŞ-ın sanksiyalarının təsiri altına düşməmək üçün İranla biznesi dayandırmalıdır.

90 günlük müddət avqustun 6-da başa çatacaq və həmin gündən etibarən İrana dollar satılmasına, bu ölkə ilə qızıl ticarətinə, Tehrana qrafit, alüminium, polad, kömür və istehsalat üçün proqram təminatının satışına qadağa qoyulacaq. Habelə İran valyutasının və bu ölkənin suveren borcunun əldə edilməsi, İran xalçalarının və ərzaq məhsullarının ABŞ-a idxalı qadağan ediləcək.

180 günlük müddət noyabrın 4-də başa çatır və həmin tarixdən İranın gəmiçilik və gəmi tikintisi sektoruna sanksiyalar qoyulacaq, bu ölkənin dövlət şirkətləri ilə neft və neft-kimya tranzaksiyaları məhdudlaşdırılacaq.

Bundan əlavə Vaşinqton yenidən xarici bankların İran Mərkəzi Bankı ilə əməkdaşlığını qadağan edəcək, habelə bu ölkəyə istənilən maliyyə xidmətlərinin göstərilməsinə qadağa qoyulacaq. İranın energetika sektoru da sanksiyaların təsiri altına düşəcək.

Heç şübhəsiz ki, ABŞ-ın İranla nüvə sövdələşməsindən çıxmasının Azərbaycana da birbaşa və ciddi təsirləri olacaq. Çünki nüvə sövdələşməsindən və sanksiyaların götürülməsindən sonra Azərbaycan da digər qonşu ölkələr kimi İranla iqtisadi-ticarət əlaqələrini genişləndirməyə, birgə layihələr üzərində işləməyə başlamışdı.

Lap elə bu günlərdə elan edilib ki, Azərbaycan Xəzərdə indiyədək mübahisəli hesab olunan neft yataqlarının işlənməsi üçün İranla birgə şirkət təsis edəcək. Yaxud Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində İranla sıx əməkdaşlıq edir, bu ölkə ərazisində Rəşt-Astara dəmiryol xəttinin tikintisi üçün 500 milyon dollar kredit ayırıb. İndi İranla istənilən maliyyə əməkdaşlığına qadağa qoyulacağına görə həmin kreditin İran banklarına transferi sadəcə mümkün olmaya bilər. Habelə Azərbaycan bu yaxınlarda Neftçalada İran avtomobillərinin yığılması üçün birdə müəssisə açıb. Digər birgə investisiya layihələri üzərində də iş gedirdi.

İndi isə Tramp elan edir ki, İranla əməkdaşlıq edən istənilən xarici ölkə də ABŞ-ın sanksiyalarının təsiri altına düşəcək. Hərçənd bundan əvvəl ABŞ Konqresi Xəzərdəki “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi üzrə beynəlxalq konsorsiumda və “Şahdəniz” konsorsiumunda təmsil olunan İran şirkətinin (NİOC) sanksiyalardan azad edilməsi barədə xüsusi düzəliş qəbul edib. Amma bu Azərbaycanla əməkdaşlıq edən başqa İran şirkətlərinə aid deyil.

Azərbaycan bundan əvvəl ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə də mürəkkəb situasiya ilə üzləşib. Bu sanksiyalar Rusiyadan silah alan, habelə sanksiyaların təsiri altına düşən digər şirkətlərlə əməkdaşlıq quran istənilən ölkəyə qarşı sərt məhdudiyyətləri nəzərdə tutur. Bu günlərdə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəyan edib ki, Azərbaycana İrana və Rusiyaya qarşı sanksiyalara qoşulmaq üçün təzyiqlər edirlər. Lakin Bakı bu sanksiyalarda iştirak etməyəcək.

F.MƏMMƏDOV