vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
OLAY  
17:49 | 11 may 2018 | Cümə Məqaləyə 1784 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Gecə canavarları” Azərbaycana gəlir

Putinin təbliğat “silahı” Tehran konfransının 75 illiyinə həsr olunan yarışa qatılacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın bayker klubu “Gecə canavarları”nın üzvləri motosiklet yarışı çərçivəsində Azərbaycana baş çəkəcəklər. Virtualaz.org bildirir ki, bu barədə “Sputnik Uzbekistana” məlumat yayıb.

İnformasiyaya əsasən, motosiklet yarışı Tehran konfransının 75 illiyinə həsr olunub. Xatırladaq ki, İkinci Dünya müharibəsi illərində müttəfiq ölkələrin liderləri (İosif Stalin, Uinston Çörçill və Ruzvelt Franklin) Avropada “İkinci cəbhə”nin açılması haqda qərarı məhz həmin görüşdə qəbul etmişdilər.

Motosikletçilər qrupu artıq Rusiya və Qazaxıstan ərazisisindən keçib. Bu gün onlar Qırğızıstan paytaxtına gəliblər. Oradan isə Özbəkistan və İran vasitəsilə Azərbaycana doğru yürüşlərini davam etdirəcəklər.

Onu da xatırladaq ki, “Gecə canavarları” Putinin imperiya ideyalarını dəstəkləyən aqressiv qrupdur.

“Gecə canavarları” bayker klubuna “Xirurq” ləqəbli Aleksandr Zaldostonov başçılıq edir. Prezident Vladimir Putin dəfələrlə bu bayker klubunun üzvləri ilə görüşüb. Bu da deməyə əsas verir ki, “canavarlar” Kremldən kurasiya olunur.

Yeri gəlmişkən, “Gecə canavarları” Putinin seçki təbliğatında və digər siyasi aksiyalarda fəal iştirak edib.