vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:02 | 2 iyun 2018 | Şənbə Məqaləyə 1938 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qarabağ problemi Tramp üçün maraqlı deyil”

Metyu Brayza: “Ermənistanın yeni prezidentinin yenilik gətirəcək qədər hakimiyyəti yoxdur”

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza hesab edir ki, hələlik Ermənistanın yeni prezidentinin əlində Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə yenilik gətirəcək qədər hakimiyyəti yoxdur.

“Eyni zamanda, erməni siyasi elitası əvvəlki kimi Rusiyanın nəzarəti altındadır. Paşinyanın Qarabağ münaqişəsinin həllinə yeni yanaşma təklif etməsi hələlik mümkün görünmür. Lakin Qarabağ məsələsində hər hansı dəyişiklikdən qorxan Serj Sərkisyandan fərqli olaraq, Paşinyan daha qətiyyətli və cəsarətli insandır. Məsələ ondadır ki, əvvəlki siyasi sistemi sındırmaq mümkün olacaqmı”, - virtualaz.org üçün şərhində Brayza bildirib.

Hələlik o, ABŞ tərəfindən tam, düşünülmüş xarici siyasət xəttinin aparılmasını da görmür. Bu səbəbdən, Tramp üçün Cənubi Qafqaz, o cümlədən Qarabağ məsələsi maraqsızdır. Buş və Obama bu münaqişəni həll etməyə səy göstərirdilər, lakin Tramp bu problemə hər hansı diqqət ayırmağa hazırlaşmır. Bununla belə, Brayza əmindir ki, ABŞ prezidenti məsələyə cəlb olunmadan Qarabağ münaqişəsini həll etmək mümkün olmayacaq.