vaxtlı-vaxtında oxuyun! Bazar, 24 iyun 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9745 AZN
Rusiya rublu 1 RUB = 0.0267 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2548 AZN
Türk lirəsi 1 TRY = 0.3585 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MUSİQİ  
12:36 | 6 iyun 2018 | Çərşənbə Məqaləyə 616 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bəşəriyyətin mədəni irsində Azərbaycan xəzinəsi

Muğam sənətimizin UNESCO-nun siyahısına daxil edilməsinin ildönümü qeyd edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan muğam ifaçılığının Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə qəbul və konsert keçirilib.

Ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və UNESCO üzrə Milli Komissiyanın dəstəyi ilə keçirilən tədbiri daimi nümayəndəliyin rəhbəri, səfir Anar Kərimov açaraq muğam ifaçılığı, onun musiqi dünyasında və azərbaycanlıların həyatındakı yeri haqqında ətraflı məlumat verib.

Bildirib ki, mədəni dəyər və milli kimliyimizin əsası kimi muğam xalqımız tərəfindən yüksək qiymətləndirilir. A.Kərimov muğam sənətinin tarixi sınaqlardan uğurla keçərək müasir dövrdə tamamilə yeni bir səviyyəyə qalxması və UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna rolundan söz açıb.

Xatırladaq ki, Azərbaycan muğamı 7 noyabr 2003-cü il tarixində UNESCO tərəfindən “Bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri” elan olunub. UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 17 oktyabr 2003-cü il tarixli Konvensiyasına ölkəmiz 2006-cı ildə qoşulub. 2008-ci ildə Azərbaycan muğam sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına salınıb.

A.Kərimov Azərbaycanın UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsi üzvlüyünə namizədliyi barədə də danışıb. O, ölkəmizdə mədəni irsin qorunması istiqamətində bir çox milli qanunvericilik aktlarının qəbul edildiyini və bu sahədə bir çox layihələr həyata keçirildiyini diqqətə çatdırıb.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov muğamın milli və beynəlxalq səviyyədə təşviqində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük rolu olduğunu bildirərək, onun ölkəmizlə təşkilat arasında əlaqələrin inkişafına böyük töhfələr verdiyini diqqətə çatdırıb. Səfir ölkəmizin mədəniyyətlər və dinlər arasında dialoq mərkəzinə çevrildiyini vurğulayıb. O, 2010–2014-cü illərdə Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzvlüyü dövründə Azərbaycanın qurumun fəal və etibarlı tərəfdaşı olduğunu xatırladaraq, yenidən seçildiyi təqdirdə bu tərəfdaşlığın daha dinamik olacağını vurğulayıb. Bildirib ki, sözügedən Komitəyə üzv seçilməsi ölkəmizin zəngin təcrübəsini digər üzvlərlə bölüşmək və onlarla əməkdaşlıq ruhunda işləmək imkanı yaradacaq.

E.Sultanov tədbir iştirakçılarını UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə Azərbaycanın namizədliyini dəstəkləməyə, qlobal qeyri-maddi mədəni irsin müdafiəsi kimi nəcib vəzifəyə birgə səylərlə töhfə verməyə çağırıb.

Sonra “Mugham Souls” qrupunun üzvləri Elnur Mikayılov (kamança), Kamran Kərimov (nağara), Ələsgər Məmmədov (tar), Vasif Hüseynzadə (piano), Şirzad Fətəliyev (balaban), Yusif Əzizovun (bass nağara) müşayiəti ilə xanəndə Qoçaq Əsgərov və Pyer Treqomen “Sarı gəlin”, “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Bayatı-kürd” kimi muğamları ifa ediblər. Musiqiçilərin ifası alqışlarla qarşılanıb.

Mədəniyyət Nazirliyinin UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə ölkəmizin namizədliyinə dair nəşri, “İRS” jurnalının UNESCO-nun siyahısına daxil edilmiş Azərbaycan mədəni irs nümunələrinə həsr olunmuş xüsusi nömrəsi tədbir iştirakçılarına hədiyyə edilib.

Sonra tədbir iştirakçıları milli mətbəximizin təamlarına qonaq ediliblər.

 

“Muğam beynəlxalq musiqidir, onu hamı sevir”

 

“Azərbaycan muğamını dinlədim, çox sevdim. Qoçaq Əsgərov ilə tanış oldum, o, mənə muğam dərsləri keçdi. Sonra Qoçaq Əsgərovla birlikdə “Mugham Souls” qrupunu yaratdıq. Düşünürəm ki, musiqi universal dildir. Buna görə də milliyyətindən asılı olmayaraq hər kəs musiqiyə tez uyğunlaşır, onu asanlıqla mənimsəyir. Bizim ifa etdiyimiz muğam da beynəlxalq musiqidir, onu hamı elə ilk andan sevir”.

Bu fikri “Mugham Souls” qrupunun ifaçısı Pyer Treqomen UNESCO-nun baş qərargahında təşkil edilmiş konsertdən sonra bildirib.

P.Treqomen qeyd edib ki, Qoçaq Əsgərovla birlikdə onların ilk albomu keçən ilin noyabr ayında Fransada işıq üzü görüb. Sonra Azərbaycanda da albomları çıxıb. Həmin albom artıq bir çox ölkələrdə yayılıb.

“İndi isə dünya turuna çıxmaq istəyirik. İlk konsertimiz bu gün UNESCO-nun baş qərargahında oldu. İsveçrədə, Çində, Yaxın Şərq ölkələrində və digər ölkələrdə də bu repertuarla konsert verəcəyik”, - deyə o bildirib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *