vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
12:47 | 10 iyun 2018 | Bazar Məqaləyə 1834 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mafiya filmlərindəki kimi…”

İsrailli politoloq: “Sərkisyana imtina edilməyəcək təklif olub”

MÖVZU İLƏ ƏLAQƏLİ

Hazırda Ermənistan-Azərbaycan qarşıdurmasında hərbi əməliyyatların başlanması təhlükəsi Bakıdan daha çox İrəvandan qaynaqlanır. Bunu virtualaz.org-a müsahibəsində israilli politoloq Yuri Boçarov deyib.

“Əmin deyiləm ki, məhz indi Azərbaycan müharibəyə başlasın. Unutmaq olmaz ki, qarşı tərəfin itirəsi heç nəyi yoxdur, Bakınınsa var. Çox yəqin ki, müharibəyə qarşı tərəf təhrik edəcək, çünki bu hazırda ehtirasları sakitləşdirmək üçün yeganə variantdır. Belə ki, “Vətən təhlükədə olanda” demokratiya və çörək barədə danışmırlar”, - politoloq bildirir. Bununla o, Beynəlxalq Böhran Qrupunun Ermənistandakı qeyri-stabil vəziyyətin Qarabağda qarşıdurmanın kəskinləşməsinə gətirib çıxaracağı ilə bağlı gəldiyi nəticəni şərh edib.

Y.Boçarov istisna etmir ki, Xankəndindəki aksiyalar Ermənistanda aprel ayında baş verənlərin nəticəsidir. Xatırladaq ki, Ermənistandakı aksiyaların nəticəsində Serj Sərkisyan dövlət başçısı postundan getməli oldu və yerini Nikol Paşinyana verdi.

Ekspertin fikrincə, “erməni inqilabı” özü özlüyündə “regionda nüfuz uğrunda Amerika oyunları”dır.

“Qeyd etmək lazımdır ki, onlar birinci raundda həm Rusiya, həm də erməni hökumət mafiyası üzərində təmiz qələbə qazandılar. Lakin anladığınız kimi, heç kəs bu regionda “özünün” olanı elə-belə əldən verməz. Buna görə də, burada gadisələr hələ yeni başlayır”, - Y.Boçarov deyir.

Ekspert Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın bu fikri ilə razıdır ki, separatçı rejimin güc strukturlarının rəhbərliyinin istefası işğal altında olan ərazilərin təhlükəsizliyini təhdid edir.

“Mənə belə gəlir ki, Sarkisyanın taleyi onun üzr istıdiyi və istefaya getdiyi gün ərəfəsində müəyyənləşdirilmişdi. Görünür, o, ya zəmanət alıb, ya da xarici aktivlərinin və ailə üzvlərinin aktivlərinin gələcəyi barədə ciddi xəbərdarlıqla üzləşib. Mafiya filmlərində deyildiyi kimi, ona elə təklif olunub ki, imtina etmək mümkün deyil”, - israilli ekspert vurğulayıb.

Onun sözlərinə görə, bu gün Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində nəyisə proqnozlaşdırmaq çətindir: “Biz hələlik Ermənistanın “yeni” əsl sahibinin kim olduğunu bilmirik və kiminlə danışmağın lazım olduğundan xəbərsizik. Paşinyanın yeni oyunçuların yeni adamı olması bəllidir, lakin bu yeni oyunçuların nə istəməsi aydın deyil. Buna görə də, hələlik danışmalı bir kəs də yoxdur”.